• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Oqtay Əsədov: “Xocalı soyqırımı ABŞ-ın 15 ştatında tanınıb”

  • Nida.az
  • 24 Fevral 2015 12:22
  • 264 Baxış
Oqtay Əsədov: “Xocalı soyqırımı ABŞ-ın 15 ştatında tanınıb”

Bu gün Milli Məclisin növbəti iclası işə başlayıb.

Publika.az-ın məlumatına görə, iclasda ilk olaraq Xocalı soyqırımı qurbanları anılıb. Daha sonra çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, qarşıdan Xocalı soyqırımının 23-cü ildönümü gəlir.

Onun sözlərinə görə, Xocalı soyqırımı bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli faciələrdən biridir: “Vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən Xocalı soyqırımının dünyada tanıdılması ilə bağlı başlanılan kampaniya bu gün öz müsbət nəticələrini veməkdədir. Təsadüfi deyil ki, Xocalı soyqırımı ABŞ-ın 15 ştatının və onlarla xarici dövlətlərin qanunverici orqanlarında tanınıb. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi bu faciənin dünyada hüquqi qiymət alması üçün Azərbaycan dövləti lazımı addımlar atıb”.

Spiker qeyd edib ki, bu günlərdə Milli Məclisin 20-dən çox deputatı xarici ölkələrdə keçirilən Xocalı qurbanlarının anım mərasimlərində iştirak edir.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR