Bahar Muradova: “Ermənilər günahı Mütəllibov və AXC hakimiyyətində görür”
Bizi izləyin

Nida.az

Bahar Muradova: “Ermənilər günahı Mütəllibov və AXC hakimiyyətində görür”

“Biz əvvəllər Xocalı soyqırımının şokunu yaşayırdıqsa, indi bu hadisənin səbəbkarlarını cəzalandırmaq və bu qətliamı dünya ictimaiyyətinə çatdırmaq üçün iş aparırıq”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı parlamentin vitse-spikeri Bahar Muradova bildirib. Xocalı soyqırımı ilə bağlı bütün dünyada anım tədbirlərinin təşkil olunduğunu vurğulayan B.Muradova deyib ki, bu, Azərbaycan Prezidentinin apardığı siyasətin, rəsmi diplomatiyanın və parlament diplomatiyasının uğurudur: “Mən bu günlərdə ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmişəm. Orada bu məsələni qaldırdıq. Ermənilər bu məsələdə də bizi günahkar çıxarmaq istəyirdi. Orada ermənilər deyirlər ki, əslində bu hadisənin günahkarları sabiq prezident Ayaz Mütəllibov və AXC hakimiyyəti olub. Çünki fevralın 25-dən 26-na keçən gecə dəhliz açılmışdı. Mən hesab edirəm ki, bizim siyasətçilər açıqlama verərkən uzunmüddətli maraqları nəzərə almalıdır. Biz erməni nümayəndə heyətinin bu iddiasından çıxış edərək öz mövqeyimizi ifadə etdik. Bildirdik ki, soyuq qış gecəsi, 20-25 dərəcə şaxta olduğu bir zaman niyə dəhliz yaradılmışdı, nədən Xocalı sakinləri öz evlərindən çıxmalı idi, bu, etnik təmizləmə deyildimi. Mən hesab edirəm ki, biz bütün diqqəti bu istiqamətə yönəltməliyik”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm