İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib
Bizi izləyin

Nida.az

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 24-də Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi Stavros Lambrinidisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.


Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu və bu əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi qeyd edildi. Söhbət zamanı əməkdaşlığımızın iqtisadi, enerji, nəqliyyat, insan hüquqları, demokratiya və digər sahələrdə vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm