“Əli Kərimli gedəcək” – keçmiş müavini AXCP sədrinin maliyyə fırıldaqlarından danışdı
Bizi izləyin

Nida.az

“Əli Kərimli gedəcək” – keçmiş müavini AXCP sədrinin maliyyə fırıldaqlarından danışdı

“Mən AXCP-dən getsəm də siyasətdən getmirəm və Azərbaycanda yeni siyasi quruluşun yaradılmasına çalışacağam. Yeni siyasi təşkilat yaradacağam. Bunun hansı formada olmasını yaxın zamanlarda açıqlayacağam”.


Publika.az xəbər verir ki, bu barədə AXCP sədri sıralarından istefa vermiş Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.


Onun sözlərinə görə, Ə. Kərimli AXCP-də gəncləşmə siyasəti aparır: “Məni başa düşənlər, yaxud qınayanlar olacaq. Amma mən siyasi vicdanımın sızıldadığına görə AXCP-də baş verənlərdən danışmalıyam. AXCP sədri partiyada gəncləşmə siyasəti aparır. Buna səbəbsə yaşlı nəslin Əli bəyin uydurmalarına inanmamasıdır. Əli bəy məhz buna görə gəncləşmə siyasətini apararaq yaşlı, suyu sıxılmış cəbhəçini sıxışdırmaq istəyir. AXCP sədrinin hər dəfə namizəd olduğu Suraxanı rayon şöbəsindən Vaqif bəyi kənarlaşdırdılar. Yerinə Əli bəyin cangüdənini gətirdilər. Hazırda bir çox yaşlı nəsil bütün bunları görərək etiraz edir. Çünki onları aşağılayır, kənarlaşdırırdılar. Rəyasət Heyətinin iclası 4 saat çəkirdi. Amma onun iki saatını özü danışırdı, digərlərinə söz verilmirdi. Bütün iclasın 80 faizi də “facebook”da kimləri “like” etmək, hansı “komment” yazmaqdan ibarət olub”.


R. Nurullayev qeyd edib ki, artıq köhnə “cəbhəçi”lər partiyada nə baş verdiyini anlamağa başlayıb və artıq onlar sədr Əli Kərimliyə tabe olmaq istəmirlər.


“Əli Kərimli məni evinə dəvət edəndə çox maraqlı açıqlama verdi. Bildirdi ki, sən gedən yolu mən artıq qayıtmışam. Mənim heç bir getdiyim yol yoxdur. Ümumiyyətlə, satqınlıq məfhumunu qəbul etmirəm. Əli Kərimli mənə dedi ki, onun hakimiyyətdə işlədiyi adamlar var. Bunu təkzib edə bilməz. Bunu sübut etməyə gücüm çatar. Əli Kərimli partiya sədri ola bilməz. Amma AXCP-də lider olmağa layiq insanlar var. O, sədrlikdən getməlidir. Siyasətdən getməsin, amma partiya sədrliyindən çıxsın. Nə qədər sədr olmaq olar? Hesab edirəm ki, o da bunu başa düşüb və yaxın zamanlarda bunun şahidi olacaqsınız”, - deyə o bildirib.


R. Nurullayev AXCP-də maliyyə məsələlərindən də danışıb: “Pul məsələlərini özündən və yaxın olduğu 2-3 nəfərdən başqa heç kim bilmirdi. Mən heç zaman AXCP-dən maaş almamışam. Digərlərinin maaş alıb-almadığını bilmirəm. Əli Kərimlinin özünə gəlincə, bilirsiniz ki, o işləmir. Amma onun ən kiçik oğlu Londonda doğulub. Böyük oğlu Bakıda ən bahalı məktəb olan “Oksfordda” təhsil aldı. İndi də Londonda ən bahalı universitetdə oxuyur. Bu qədər pulu hardan alır?”


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm