Xocalı qurbanlarının ruhu Parisdə anıldı - FOTOLAR
Bizi izləyin

Nida.az

Xocalı qurbanlarının ruhu Parisdə anıldı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa və Türkiyədə keçirilən silsilə tədbirlərdən növbətisi Parisdə keçirilib.

Publika.az-a daxil olan məlumata görə, fevralın 23-də Parisin mərkəzində yerləşən tarixi “Theatre Adyar” teatrında 1992-ci il Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş klassik musiqi konserti baş tutub. Anım gecəsində Frsanının ictimai – siyasi xadimləri, Parisdə akkreditə olunmuş xarici diplomatlar, işgüzar dairələrin nümayəndələri, musiqisevərlər, eləcə də Azərbaycan diasporasının fəalları və media nümayəndələri iştirak ediblər. Tədbirdə “Xocalı 613” simfoniyasının müəllifi, tanınmış fransız bəstəkarı, Pyer Tilloyun müharibə qurbanlarının xatirəsinə həsr olunmuş “Lamento – In Memoriam” adlı əsərinin də premyerası keçirilib.

İkinci Dünya müharibəsinin sonlarında 1944-cü ilin iyun ayında işğalçı nasist qüvvələri Fransanın Oradour-sur-Glane şəhərini dağıtmış və 642 dinc sakinini vəhşicəsinə qətlə yetirmişlər. Xarabalığa çevrilmiş şəhər 70 il ərzində olduğu kimi saxlanmışdır ki, dünya müharibə dağıntılarının insanlara təsirini unutmasın. Ölənlərin sayı təqribən eyni olan Xocalı ilə birbaşa paralel aparan Oradour şəhərinin meri Filip Lakrua və Şəhid Ailələrinin Milli Assosiasiyasının nümayəndəsi Benua Sadri də həmrəylik əlaməti olaraq tədbirdə iştirak edirdilər.

Parisdəki erməni diasporunun bir qrup təmsilçiləri anım gecəsinin keçirilməsinə mane olmaq üçün teatr binası divarlarına Azərbaycana əlehinə şəkillər və yazılar yerləşdirməklə etiraazlarını bildirməyə cəhd etmişlər. Yerli hüquq mühafizə orqanlarının səyi nəticəsində onlar vaxtında təcrid edilərək teatr binası ətrafından uzaqlaşdırılmışdır.

Tədbirdə çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa Nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gordin bildirib ki, “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası 2008-ci il mayın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb. Kampaniyanın əsas missiyası dünya ictimaiyyətini Xocalı dəhşətləri haqqında məlumatlandırmaqdan ibarətdir.

M. Gordin qeyd edib ki, kampaniyanın uğurla həyata keçirilməsi regionda ədalətin bərpasına yönələn beynəlxalq dəstəyin təzahürüdür. Bu dəstək Avropa, Amerika, Asiya və Afrika ölkələrində keçirilən tədbirlər vasitəsilə nümayiş etdirilib: “Parisdəki konsertdən əlavə, “Xocalıya Ədalət! kampaniyası çərçivəsində London, Strasburq, Brüssel, Berlin, Bern, Dublin, Lüksemburq, İstanbul, Ankara, Roma, Vilnüs və digər şəhərlərdə tədbirlər keçirilir. Bu tədbirlər Azərbaycanın ərazi bütövlüyünün bərpası və haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində mühüm vasitədir. ”, – deyə M.Gordin məlumat verib.

Anım gecəsində tanınmış azərbaycanlı tarzən Arslan Növrəslinin, skripkaçı Səbinə Rakçeyevanın və Nəzrin Rəşidovanın rəhbərlik etdiyi “FeMusa” orkestri tərəfindən Azərbaycanın görkəmli bəstəkarları Qara Qarayevin Rekviem, Vasif Adıgözəlovun Qərənfil, Azər Rzayevin “Meditasiya”, həmçinin Antonio Vivaldi, Paul Lyuis, Karl Jenkins və Gabriel Faurenin əsərlərindən ibarət musuqi parçaları ifa edilib..

Tədbir Paris ictimaiyyəti tərəfindən maraqla qarşılanmışdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm