• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Şəmsəddin Hacıyev: “Elm sahəsində həllini gözləyən problemlər çoxdur”

  • Nida.az
  • 24 Fevral 2015 17:05
  • 336 Baxış
Şəmsəddin Hacıyev: “Elm sahəsində həllini gözləyən problemlər çoxdur”

Milli Məclisin plenar iclası çıxışlarla davam edir.

Publika.az-ın məlumatına görə, günün ikinci yarısı keçirilən iclasda “Elm haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Çıxış edən Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev deyib ki, “Elm haqqında” qanun layihəsinin təqdim olunması böyük nailiyyətdir.

Onun sözlərinə görə, elm və tərəqqi olmadan heç bir ölkənin inkişafına nail olmaq mümkün deyil: “Elm sahəsinin inkişafı həmişə müstəqil Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri olub və gün də prioritet istiqamət kimi qalmaqdadır. Son illərdə bu sahədə nəzərə çarpan irəliləyişlər əldə edilib. Bu gün bu sahədə həllini gözləyən problemlər də çoxdur. Bunların yaranma səbəblərini araşdırmasına və onların həll edilməsinə də ciddi ehtiyac var. Bu qanun layihəsini də məhz bu məqsədlə bugünkü iclasa təqdim etmişik”.

Ş.Hacıyev qeyd edib ki, qanun layihəsi hazırlanarkən bir çox ölkələrin, o cümlədən qabaqcıl Avropa və MDB dövlətlərinin təcrübələri nəzərə alınıb: “Təhsil sahəsində rəqabət qabiliyyətli inkişafa nail olmalıyıq. Layihənin əsas istiqaməti liberal şəraitin yaradılması, rəqabət mühitinin təmin edilməsi, elmi nəticələrin səviyyələrinin yüksəldilməsi və digər məqsədlərlə bağlıdır. Düzdür, Azərbaycan super dövlət deyil, ancaq iqtisadiyyatın bir çox sahələrində mühüm irəliləyişlərə nail olunub. Bu da imkan verir ki, ölkədə elmin inkişafına nail olaq və elmi tədqiqatların keyfiyyətini daha da artıraq”.

Komitə sədri bildirib ki, elmin inkişafı sahəsində qanunvercilik bazasının yaradılması bir çox məsələlərin həllini nəzərdə tutub: “Elmi fəaliyyətin idarə olunması və onun müasir dünya praktikasına uyğunlaşdırılması layihənin əsas məqsədlərindən biridir. Ali təhsil müəssisələrinin də universitetlərin inkişaf etdirilməsi layihədə qabardılan əsas istiqamətlərindən biri olub”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR