Porno-kaset qalmaqalı böyüyür: şantaj olunan qadın DANIŞDI
Bizi izləyin

Nida.az

Porno-kaset qalmaqalı böyüyür: şantaj olunan qadın DANIŞDI

AXCP sədri tərəfindən porno-kasetlə şantaj olunaraq susmağı tələb olunan keçmiş müşavir Zərifə Məhəddinova Əli Kərimliyə qarşı sərt ittihamlar irəli sürüb.


Publika.az xəbər verir ki, Z. Məhəddinova Əli Kərimlinin həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovu müdafiə etməsinə etiraz edəndən sonra müşavirlikdən çıxarılıb: “Əli İnsanov kimi bir insanın məhkəməsinə getdi, onu müdafiə etdi. Az qala müqəddəs vicdan heykəlinə döndərdilər. Buna etiraz etdim. Cinayətkarın kimliyindən asılı olmayaraq qanun qarşısında cavab verməli olduğunu dedim. Bildirdim ki, bir partiya sədrinin onu müdafiə etməsi ayıbdır. Məni müşavirlikdən azad edib, üstümə satqın adı qoydu. Halbuki mənə müşavir olacağımı demişdilər. Bütpərəst olacağımı desəydilər, razı olmazdım. Sonda qovulmazdım da”.


Z. Məhəddinova AXCP-də yaltaqlığın, şəxsiyyətsizliyin, saxtakarlığın hökm sürdüyünü bildirib.


“Nurəddin Məmmədli Rəyasət Heyətinin iclaslarında mənə salam vermək üçün dörd tərəfinə baxırdı. Qorxurdu ki, birdən Gözəl Bayramlı görər. Çünki AXCP-də insanlara münasibət sədrin birinci müavini Gözəl Bayramlının sənə olan münasibətindən sonra formalaşır. Əvvəlcə gərək Gözəl Bayramlıya biət edəsən. Sonra şəninə bir xeyli təriflər yağdıraraq XXI əsrin ən böyük siyasi xadimlərindən birincisi kimi tanıdığını deyəsən. Bunlardan sonra sənə o narahat divanda oturmağa icazə verilə bilər. Məgər mən 1988-ci ildən bu yana bütün gəncliyimi, enerjimi, arzularımı buna görə xərcləmişdim? Bu gün bir partiya sədri və müavini çərçivəsində yaltaqlıq, şəxsiyyətə pərəstiş, riyakarlıq, saxtakarlıq tələb olunursa, biz hansı dəyişikliklərdən söhbət edə bilərik? Ən yaxın əhatəsində öz müşavirini, müavinini qısqanan, onları potensial rəqib kimi görən rəhbərlikdən nə gözləmək olar? Məgər mən AXCP-yə Gözəl Bayramlının statuslarının altında qarovul çəkib “like” etməyə görə gəlmişdim? Günümün 24 saatını “facebook” arxasında oturub əlavə 20 – 30 saxta profillə “like” edərək ona xidmət etməliyəm? Budurmu mübarizə? Bu mübarizə deyil, xalqa qazılan 5 metr dərinliyində quyudur”, - deyə o bildirib.


Qeyd edək ki, ötən il AXCP sədrinin müşavirliyindən azad olunan Z. Məhəddinovanın “susması” bir sıra ehtimallara yol açmışdı. İddialara görə, Əli Kərimli onu susmaq üçün şantaj edirmiş. Hətta ortada kaset şantajının olduğu haqda da danışılırdı.


AXCP sıralarından bir neçə gün öncə istefa vermiş Razi Nurullayev isə bəzi mətləblərə aydınlıq gətirib.


“Əli Kərimli öz qadın müşaviri Zərifə Məhəddinovanı porno kasetlə şantaj edirdi. Bir qadına qarşı belə şantaj yolverilməzdir. Hər halda Əli bəy özü də şantaja məruz qalıb. Amma bu cür iyrənc şantajı qadına qarşı etmək dəhşətli faktdır”, - deyə R. Nurullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.


Z. Məhəddinova ona qarşı kaset şantajının olduğunu dolayısı yola təsdiqləyib: “Gah deyirlər Zərifə xüsusi bir missiya ilə aramıza girib, gah MTN-ə işlədiyimi deyirlər. Gah da əllərində mənim haqqımda kompromat disk olduğunu deyirlər. Mən heç nədən çəkinmirəm, vicdanım təmizdir. Əllərində nə varsa, çıxarsınlar ortaya. Qoy millət də görsün. Məndən susmağımı istəyirdilər. Yəni biz səni ləkələyək, adına hər cür söz çıxardaq, satqın deyək, amma sən sus. Mənə qədər gedənlərin hamısı susub, mənə də susmağımı məsləhət görürdülər. Axı bu mənim şəxsi məsələm deyil. Bir yerdə xalqın, vətənin, millətin, Azərbaycanın adından danışılırsa, orda məsuliyyət olmalıdır. Məhkəməsiz, hüquqsuz, hakimsiz mənim satıldığımı necə deyə bilərsiniz? Desinlər görək, kimə satılmışam, neçəyə satılmışam, mənim satılmağım bu partiyaya, bu xalqa, yaxud ölkəyə hansı zərərləri vurub? Bu cür əxlaqa, mədəniyyətə sığmayan hərəkətlərə son qoyulmalıdır. Başlarına 5-10 şilləvuran, şər atan, böhtan yağdıran yığıb saxta profillərdən təhqir etməyə nə var...”


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm