Oqtay Əsədov: “Azərbaycanı qoruyan xarici hərbçi yoxdur”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Azərbaycanı qoruyan xarici hərbçi yoxdur”

“Azərbaycan alimlərinin sayına görə Ermənistandan çox geri qalır”.

Publika.az-ın məlumatına görə, belə bir bəyanatla Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı millət vəkili Zahid Oruc çıxış edib. Onun sözlərinə görə, “Elm haqqında” qanun layihəsi Milli Təhlükəsizlik Konsepsiyası qədər əhəmiyyətli sənəddir: “Ona görə də biz bu məsələyə çox ciddi yanaşmalıyıq. Hesab edirəm ki, Milli Elmlər Akademiyasının statusu haqqında məsələnin müzakirəsinin üzərində çox qalmağa ehtiyac yoxdur. Dünyada bunun çox təcrübəsi var”. Z.Oruc deyib ki, Azərbaycanda alimlərin orta yaş həddi 58-60 arasında dəyişir: “Bununla da alimlərimiz yaşlanır, ancaq onları əvəz edəcək kimsə qalmır. Azərbaycan Cənubi Qafqazda bütün parametrlərinə görə lider dövlətdir. Amma acı da olsa, bunu etiraf etməliyik, Azərbaycan bir məsələdə Ermənistandan geri qalır. Bu da alimlərin sayındadır. Azərbaycanda hər 100 min nəfərə görə düşən alimlərin sayı 1 faiz, Ermənistanda isə hər 100 min nəfərə görə 3,6 faiz təşkil edir”. Azərbaycanda magistr və doktorantlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsinə də toxunan Z.Oruc qeyd edib ki, Azərbaycanda 5 min magistrdan cəmi 2500-nü oğlanlar təşkil edir. Spiker Oqtay Əsədov isə Zahid Oruca cavab verərək bildirib ki, burada gender ayrı-seçkiliyi ilə müqayisə aparmaq doğru deyil: “Ermənistanı onun öz əhalisi qədər qoruyan xarici ölkə ordularının hərbçiləri var. Amma Azərbaycanı qoruyan bir nəfər belə xarici hərbçi yoxdur”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm