“Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi
Bizi izləyin

Nida.az

“Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi

Milli Məclisinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Publika.az-ın məlumatına görə, qanun layihəsi elmi fəaliyyət sahəsində dövlət siyasətinin məqsəd və prinsiplərini, elmi fəaliyyətin subyektlərinin və iştirakçılarının hüquq və vəzifələrini, elmi fəaliyyətin təşkilati, hüquqi əsaslarını müəyyənləşdirəcək. Qanun layihəsi, həmçinin vətəndaşların əqli potensialının reallaşması və elmi nailiyyətlərdən istifadə edilməsində məqsədyönlü fəaliyyətin həyata keçirilməsi üçün hüquqi zəmin yaradacaq. Qanun layihəsində elmi işçinin hüquq və vəzifələri, attestasiyası, işə qəbul qaydası, elmi dərəcə və adlar, elmi işçilərin sosial müdafiəsi, onların mükafatlandırılması, elmi fəaliyyətin stimullaşdırılması mexanizmləri, beynəlxalq elmi əməkdaşlıq və digər məsələlər əksini tapıb.

Bununla da Milli Məclisin bugünkü plenar iclası işini yekunlaşdırıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm