Nida.az
İlham Əliyev Mingəçevirə səfər edib
Fevralın 24-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Mingəçevir şəhərinə səfərə gəlib.
Dövlətimizin başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin
mərkəzində ucaldılmış abidəsini ziyarət etdi.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov
Prezident İlham Əliyevə burada aparılan abadlıq işləri barədə
məlumat verdi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
24-də Mingəçevirdə 594 məcburi köçkün ailəsi üçün yeni salınan
yaşayış kompleksində yaradılan şəraitlə tanış olub.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin sədri Əli Həsənov Prezident İlham Əliyevə yeni
salınan yaşayış kompleksi barədə məlumat verdi. Bu məhəllə
Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə
təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış
şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə
Dövlət Proqramı”na Azərbaycan Prezidentinin 2011-ci il 21 fevral
tarixli Sərəncamı ilə təsdiq edilən Əlavələrin müvafiq bəndlərinə
əsasən inşa olunub. Yeni yaşayış kompleksinə Mingəçevir şəhərində
yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri
köçürüləcək.
Dövlətimizin başçısı 480 şagird yerlik məktəb binasında yaradılan
şəraitlə tanış oldu.
Yüksək keyfiyyətlə inşa olunan, müasir avadanlıqla təchiz edilən bu
təhsil ocağında təlim-tədris üçün hər cür şərait yaradılıb.
Burada yeni yaşayış kompleksinin sxeminə və maketinə baxan
Prezident İlham Əliyevə məlumat verildi ki, 12 hektar sahəni əhatə
edən bu məhəllədə 596 ev, məktəb, 140 yerlik uşaq bağçası, tibb
məntəqəsi, klub-icma mərkəzi, poçt binası tikilib.
Dövlətimizin başçısı yaşayış kompleksinin uşaq bağçasında da oldu
və burada yaradılan şəraitlə maraqlandı. Qeyd olundu ki, uşaq
bağçasında da yüksək şərait yaradılıb.
Prezident İlham Əliyev mənzillərdə yaradılan şəraitlə də tanış
oldu.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
24-də Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma
işləri ilə tanış olub.
Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan
yenidənqurma işləri barədə geniş məlumat verdi. Bildirdi ki,
1987-ci ildən istifadəyə verilən və uzun illər təmir olunmayan bu
müalicə müəssisəsi ilk dəfədir ki, əsaslı şəkildə yenidən
qurulur.
Qeyd edildi ki, bu tibb müəssisəsi möhtəşəmliyi ilə yanaşı,
xidmətin müxtəlifliyi ilə də fərqlənir. Xəstəxana kompleksi 3 əsas
korpusdan ibarətdir. Burada doğum şöbəsi, cərrahiyyə və terapiya
bölmələri fəaliyyət göstərəcək. 430 çarpayılıq xəstəxana
mərkəzləşmiş havalandırma sistemi, ən müasir tibbi avadanlıqla
təmin olunub. Palatalarda xəstələrin rahatlığı üçün hər cür şərait
yaradılıb.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, xəstəxananın bütün
infrastrukturu tamamilə yenilənib.
Yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev
xəstəxananın kollektivi ilə görüşdü.
Sonda xatirə şəkli çəkdirildi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
24-də Mingəçevirə səfəri çərçivəsində Müşfiq Mirzəyev adına
“Dostluq” parkında yaradılan şəraitlə maraqlanıb.
Ümumi sahəsi 6 hektar olan parkda müasir işıqlandırma sistemi və
fəvvarə quraşdırılıb, geniş yaşıllıq zolaqları salınıb, dekorativ
ağac və kollar əkilib. Parkda yay konsert səhnəsi tikilib. Burada
açıq havada şəhər əhəmiyyətli müxtəlif tədbirlər və konsert
proqramları təşkil olunur. Parkda müxtəlif istirahət guşələri,
həmçinin uşaq əyləncə meydançaları yaradılıb, müasir attraksionlar
və yelləncəklər quraşdırılıb. Aparılan yenidənqurma işləri
sayəsində park şəhər əhalisinin və qonaqların ən sevimli istirahət
mərkəzlərindən birinə çevrilib.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
24-də Mingəçevirə səfəri çərçivəsində Heydər Əliyev Fondunun
təşəbbüsü ilə inşa olunan uşaq bağçasının açılışında iştirak
edib.
Dövlətimizin başçısı bağçanın rəmzi açılışını bildirən lenti
kəsdi.
Bu gün dövlətimizin həyata keçirdiyi sosial-iqtisadi siyasətdə
Azərbaycanın gələcəyi olan uşaqların təlim-tərbiyəsinin ən yüksək
səviyyədə təşkili, onların sağlamlığının qorunması diqqət
mərkəzində saxlanılır. Bu istiqamətdə dövlətin gördüyü işlərə
Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun ölkəmizdəki
məktəbəqədər tərbiyə müəssisələrinin yenidən qurulması, yeni,
müasir uşaq müəssisələrinin inşası sahəsindəki fəaliyyəti bu
baxımdan vacib əhəmiyyət daşıyır.
Gələcəyimiz olan uşaqların təlim-tərbiyəsinin Heydər Əliyev
Fondunun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil etməsi
“Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramından da
görünür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik
etdiyi Fondun təhsillə bağlı fəaliyyət dairəsində məktəbəqədər
təhsil müəssisələrinin yenidən qurulmasına, bu sahədə ciddi
keyfiyyət dəyişikliyinə nail olunmasına geniş yer ayrılıb və bu
istiqamətdə çox mühüm nəticələr əldə edilib. Heydər Əliyev Fondunun
təşəbbüsü ilə Mingəçevirdə inşa olunan uşaq bağçası bir daha aydın
göstərir ki, Fondun həyata keçirdiyi bu qəbildən layihələr ardıcıl
xarakter alıb və artıq respublikanın bütün bölgələrini əhatə
edir.
Yeni uşaq bağçası 120 yerlikdir və onun inşasına 2014-cü ilin
aprelində başlanılıb. Uşaq bağçasının foyesində ümummilli lider
Heydər Əliyevin, dövlətimizin başçısı İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın uşaqlara
göstərdikləri diqqət və qayğını əks etdirən fotolardan ibarət
stendlər yaradılıb. Bağçada məşğələ, oyun, tibb otaqları var. Uşaq
bağçasında kompyuter, rəsm, şahmat otaqları da balacaların
ixtiyarına veriləcək. İkimərtəbəli binada uşaqların təlim-tərbiyəsi
və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli
şərait qurulub. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə
qaydaları rəhbər tutulub, uşaqların istirahəti və əyləncəsi üçün
geniş imkanlar açılıb. Təhsil ocağındakı bütün otaqlar lazımi
avadanlıqla təchiz edilib. Burada balacaların ilk yaşlarından
intellektual, fiziki və əqli inkişafı, onların istedad və
qabiliyyətlərinin üzə çıxarılması, sağlamlıqlarının qorunması,
insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanacaq.
Bağçanın ərazisində abadlıq işləri görülüb, yaşıllıq zolaqları
salınıb, yay çardaqları və oyun meydançası quraşdırılıb.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
24-də Mingəçevirdə Heydər Əliyev Parkında aparılan yenidənqurma
işləri ilə tanış olub.
Məlumat verildi ki, Heydər Əliyev Parkının yenidən qurulmasına
2014-cü ilin may ayında başlanılıb. Hazırda tikinti işləri sürətlə
davam etdirilir. Ümumi sahəsi 3 hektar olan parkda sakinlərin və
qonaqların istirahəti üçün hərtərəfli imkanlar yaradılacaq, yeni
yaşıllıq zolaqları salınacaq. Bu layihənin həyata keçirilməsi bir
daha sübut edir ki, Azərbaycan dövlətinin vətəndaşların sosial
məsələlərinin həlli, onların asudə vaxtlarının səmərəli təşkili
istiqamətində atdığı addımlar ardıcıl xarakter daşıyır.
Bu parkın yenidən qurulması, ümumilikdə, ölkəmizdə geniş vüsət alan
abadlıq-quruculuq işlərinin bir hissəsidir. Digər tərəfdən, belə
istirahət mərkəzlərinin müasir səviyyədə qurulması, yeni park və
xiyabanların salınması şəhər və rayon mərkəzlərinin simasını
gözəlləşdirir. Bu baxımdan, Mingəçevirdə Heydər Əliyev Parkında
aparılan yenidənqurma işləri şəhərin gözəlliyini daha da artırır,
onun simasına müasir elementlər əlavə edir.
Prezident İlham Əliyevə Heydər Əliyev prospektində görüləcək işlər,
o cümlədən tikintisi nəzərdə tutulan “Mingəçevir Sənaye Parkı”
barədə də məlumat verildi. Bildirildi ki, Mingəçevir toxuculuq
fabrikinin 15 hektaradək ərazisi Sənaye Parkına veriləcək. Burada
yüngül sənaye üzrə müxtəlif istehsal müəssisələrinin yaradılması
planlaşdırılır. Sənaye Parkında mahlıc, iplik, toxuculuq, boyama,
tikiş və digər sahələr yaradılacaq, həmin müəssisələrdə 2 mindən
çox sakin işlə təmin olunacaq. Yaradılacaq müəssisələrin ilkin
dəyəri 100 milyon manatdır və bu layihələrin müəyyən hissəsi
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli
Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına
maliyyələşdiriləcək.
“Kür” Mədəniyyət Mərkəzinin layihəsinə baxan dövlətimizin
başçısının diqqətinə çatdırıldı ki, Kür çayının Mingəçevirdən keçən
hissəsinin üzərində körpü inşa olunacaq. Bildirildi ki, şəhərdəki
yaşayış binalarının fasadlarında, o cümlədən Heydər Əliyev
prospektindəki keçiddə də son vaxtlar geniş yenidənqurma işləri
aparılıb.
Dövlətimizin başçısı işlərin yüksək səviyyədə yerinə yetirilməsinə
dair tapşırıq və tövsiyələrini verdi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
24-də Mingəçevirdə Kür çayının sağ sahilində inşa olunan “Ağsaray”
otelində aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Məlumat verildi ki, 2,5 hektar sahəsi olan otel ən müasir səviyyədə
inşa edilir. Otel kompleksi 5 korpusdan ibarətdir. Ümumilikdə,
oteldə 55 otaq olacaq. Burada restoran, kafe-bar, əyləncə mərkəzi,
konfrans zalı yaradılacaq. Bundan başqa, oteldə uşaq və böyüklər
üçün qapalı və açıq hovuzlar, sauna, fitnes zalı, masaj otaqları,
günəş vannası qəbulu üçün terraslar da qonaqların ixtiyarına
veriləcək. İnşaat işləri zamanı Kür çayının üzərindən asma kanat
yolunun inşası da nəzərdə tutulur. Otelin kottecləri də olacaq.
Yeni otelin istifadəyə verilməsi həm də iş yerlərinin açılması
baxımından əhəmiyyətlidir. Belə ki, kompleks istifadəyə veriləndən
sonra burada 40 nəfər işlə təmin ediləcək. Otelin ilk Avropa
Oyunları başlayanadək istifadəyə verilməsi nəzərdə tutulur.
Bu cür komplekslərin inşası, ilk növbədə, Azərbaycanın sürətli
sosial-iqtisadi inkişafının göstəricisidir. Digər tərəfdən, belə
obyektlər bir neçə aydan sonra ölkəmizdə keçiriləcək birinci Avropa
Oyunlarının iştirakçılarını yüksək səviyyədə qəbul etməyə, onlara
müasir xidmət göstərməyə geniş imkanlar yaradır. Belə layihələrin
icrası onu da sübut edir ki, indi Azərbaycanın bölgələri də ən
müasir infrastrukturla təchiz edilir, regionlarda dünya
standartları səviyyəsində istirahət məkanları inşa olunur.
“Ağsaray” otelinin inşası Mingəçevirə turist axınının artmasına
səbəb olacaq.
Prezident İlham Əliyev otelin inşası ilə bağlı tapşırıq və
göstərişlərini verdi.
X X X
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın
24-də Mingəçevirə səfəri çərçivəsində “Kür” Olimpiya Tədris-İdman
Mərkəzində olub.
Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına birinci
Avropa Oyunlarına hazırlıqla bağlı burada həyata keçirilən
yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki,
artıq yenidənqurma tədbirləri son mərhələyə daxil olub və bu
qəbildən işlər mərkəzin otel hissəsini də əhatə edib.
Qeyd edək ki, bir neçə il bundan əvvəl Prezident İlham Əliyevin və
xanımı Mehriban Əliyevanın iştirakı ilə açılan “Kür” Olimpiya
Tədris-İdman Mərkəzi Avropada, o cümlədən MDB məkanında bənzəri
olmayan avarçəkmə bazasıdır. Bir neçə aydan sonra ölkəmizdə
keçiriləcək ilk Avropa Oyunlarının bəzi yarışları bu mərkəzdə
təşkil olunacaq.
Xatırladaq ki, bu il iyunun 12-dən 28-dək keçiriləcək birinci
Avropa Oyunlarında 49 ölkədən 6 mindən artıq idmançı 20 idman
növündə mübarizə aparacaq.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var