Müsavatda istefa dalğası: 7 üzv getdi
Bizi izləyin

Nida.az

Müsavatda istefa dalğası: 7 üzv getdi

Müsavat Partiyasından 7 nəfər istefa verib.


Bu barədə Publika.az-a partiyadan çıxarılan, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının idarə heyətinin üzvü Səxavət Əlisoy məlumat verib.


S. Əlisoy qeyd edib ki, Əlisoylar nəslinin 7 üzvü Müsavatdan istefa verir.


“Kimsə nəsə axtarmağa cəhd etməsin. Məni absurd arqumentlərlə partiya üzvlüyündən xaric etdikdən sonra bizimkilərin orada qalması şərəf məsələsi idi. Az da olsa gözlənti var idi ki, ABŞ Dövlət Departementinin 2010-cu ildə Azərbaycanda İnsan Haqlarının pozulmasına dair hesabatını oxuduqdan sonra Müsavat Partiyası bu mötəbər sənədə sayğı ilə yanaşacaq. Təəssüf ki, belə olmadı. Belə bir paradoksal durumda “Şərəfsizlər üçün şərəfin dəyəri olmur” deyiminə inandığım üçün Əlisoyların 7 nəfər üzvünün Müsavat Partiyasından istefa etdiyini açıqlayıram”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm