Nida.az
Rüstəm Usubov: Sumqayıt hadisələrindən ermənilərin əvvəlcədən xəbərləri olub
1988-ci ildə Sumqayıtda törədilən hadisələrin istintaqı qərəzli və siyasi sifariş əsasında aparılıb, əsl cinayətkarlar məsuliyyətdən kənarda qalıblar.
Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Baş
prokurorunun birinci müavini Rüstəm Usubov Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında
(DİA) Sumqayıt hadisələrinin 27-ci ildönümü münasibətilə təşkil
edilmiş konfransda "Azərbaycana qarşı Sumqayıt təxribatı -
"Qriqoriyan işi" kitabının təqdimatı zamanı deyib.
Onun sözlərinə görə, Sumqayıt şəhərində törədilmiş cinayətlərlə bağlı aparılmış istintaq və məhkəmə prosesləri zamanı onların əsl günahkarları məsuliyyətə cəlb olunmayıb. R.Usubov qeyd edib ki, bu məsələyə maraq ildən-ilə, gündən-günə artır. Çünki ermənilər yatmır, bizə qarşı fəaliyyət göstərirlər. Ona görə də gənclər Sumqayıt hadisələrini, Qarabağ münaqişəsinin tarixini, Xocalı soyqırımını dərindən öyrənməlidirlər.
R.Usubov bildirib ki, Sumqayıt hadisələri ilə bağlı MTN, Baş
Prokurorluq tərəfindən birgə istintaq qrupu yaradılıb. Məlum olub
ki, vaxtilə hadisələrin istintaqı qərəzli və siyasi sifariş
əsasında aparılıb, əsl cinayətkarlar məsuliyyətdən kənarda
qalıblar: "İstintaq işinin gedişi göstərir ki, hadisələrin əsl
mahiyyəti açılmayıb, gizlədilib, cinayətin bütün iştirakçıları
müəyyən edilməyib, əsl təşkilatçılar məsuliyyətdən kənarda qalıb,
onların məsuliyyətə cəlb edilməsi üçün heç bir tədbir görülməyib,
cinayətin baş vermə səbəbi qətiyyən araşdırılmayıb. Ona görə də
Sumqayıt hadisələrinin yenidən araşdırılması zərurəti
yaranıb".
Baş prokurorun birinci müavini bildirib ki, araşdırmalar
göstərir ki, yüzlərlə erməninin hadisələrin baş verəcəyindən
əvvəlcədən xəbərləri olub. Həmin ərəfədə yüzlərlə erməni
banklardakı əmanətlərini əvvəlcədən çıxarıblar. İş üzrə
təqsirləndirilmiş şəxs kimi 6 nəfərin qətlində iştirak etmiş
milliyyətcə erməni Eduard Qriqoryanın isə məsuliyyətdən azad
edilməsi üçün erməni millətçi təşkilatçıları və xüsusi-xidmət
orqanları çox çalışıblar. Təsadüfi deyil ki, bu qədər cinayət
törətməsinə baxmayaraq, Qriqoryan Ermənistana göndərilib, sonra da
azadlığa buraxılıb.
O, qeyd edib ki, istintaq materiallarına əsaəsən, Sumqayıt hadisələri zamanı 26 erməni, 6 azərbaycanlı ölüb. Erməni milliyyətindən olan Markaryan avtobusu bilərəkdən azərbaycanlıların üstünə sürüb və 4 nəfəri öldürüb. Lakin SSRİ-nin hüquq-mühafizə orqanları bu faktın üstünü ört-basdır ediblər. Ona görə də həmin iş də təzələnib və istintaq-əməliyyat tədbirləri davam etdirilir.
R.Usubovun sözlərinə görə, ermənilər Sumqayıt hadisələrindən azərbaycanlılar haqqında vəhşi obrazı yaratmaq üçün istifadə ediblər və indi də edirlər: "Halbuki azərbaycanlılar tərəfindən Sumqayıt hadisələri zamanı yüzlərlə erməninin həyatı xilas edilib. Həmin ermənilər daha sonra dəfələrlə azərbaycanlılar tərəfindən xilas edildiklərini bildiriblər".
R.Usubov qeyd edib ki, həmin vaxt Sumqayıtda 18 minə yaxın
erməninin yaşamasına baxmayaraq, cəmi 26 erməninin ölməsi
azərbaycanlıların erməniləri qorumalarını bir daha təsdiq edir.
Amma ermənilər faktları təhrif edərək bildirirlər ki, ölənlərin
sayı əslində çoxdur. Lakin həmin 26 nəfərin hamısının kimliyi
haqqında dəqiq materiallar var.
MTN arxivlərində saxlanılan "Nalyotçik" adı altında məxfi işdən
müəyyən edilib ki, Sumqayıt hadisələri ərəfəsində yerli Dövlət
Təhlükəsizlik Komitəsi (DTK) şöbəsinin nəzarətində 47 nəfər
ekstremist-millətçi erməni əsilli şəxs var və həmin şəxslərdən biri
də hadisələr zamanı zərərçəkən siyahısında olmayıb. Bu faktlar bir
daha təsdiq edir ki, "Krunk" cəmiyyəti ilə əlaqə saxlayan erməni
millətçiləri sağ-salamat qalıblar.
Baş prokurorun birinci müavini qeyd edib ki, Sumqayıtda "Krunk"
təşkilatının emissarlardan biri o vaxt Qarabağdan Sumqayıta hərbi
komissar kimi dəyişdirilib göndərilmiş Kalantarov soyadlı erməni
polkovnik olub. O, buradakı ermənilərin hamısının sıyahısını və
ünvanlarını bilib və hadisələr ərəfəsində iş yerini dəyişmək adı
ilə aradan çıxıb. Musiqiçilər və qumar oynayanlar əldə edilmiş
gəlirlərindən "Krunk" cəmiyyətinə pul ötürürdülər.
Aşkar edilib ki, yaşayış binasının bir girişinin 1, 2, 3 və 4-cü
mərtəbələrində erməni milliyətindən olan sakin var idisə,
cinayətkarlar 1, 2-ci yox, 3-cü mərtəbədə yaşayan erməninin evinə
girərək hadisə törədiblər. Bəzi mənzilləri ermənlər boşaldıb
sonradan özləri yanğın törədib və kompensasiya istəyiblər. Bu
məsələ də tam sübut edir ki, ermənlər məqsədəyönlü hərəkət
edirdilər.
R.Usubov bildirib ki, aparılmış hazırkı istintaqla tam müəyyən
edilib ki, Sumqayıt şəhərində zərərçəkən, öldürülən ermənilərin
əksəriyyəti Dağlıq Qarabağ vilayətində fəaliyyət göstərən "Krunk"
cəmiyyətinə könüllü maddi vəsait köçürməkdən imtina
edənlərdir.
Onun sözlərinə görə, həmin ərəfədə Ermənistanın xüsusi xidmət orqanları əməkdaşlarının Bakı və Sumqayıt şəhərlərinə gələrək buradakı mehmanxanalarda yerləşmələri və ermənilərlə görüşüb gizli söhbətlər aparmaları istintaqla müəyyən edilib: "Ermənilər Sumqayıt hadisələri zamanı azərbaycanlıların "vəhşi" obrazını yaratmaq üçün əllərindən gələni edirlər".
Baş prokurorun birinci müavini qeyd edib ki, iş üzrə təqsirləndirilən şəxs kimi cəlb edilmiş 6 nəfər ermənini qətlə yetirən, əvvələr 1979, 1981, 1982-ci illərdə 3 dəfə mühakimə olunub, üst-üstdə 9 il 2 ay həbsxanalarda yatmış qatı cani, milliyətcə erməni olan Qriqoryan Eduard Robertoviç isə təsadüfən onun tərəfindən cinsi zorakılığa məruz qalmış zərərçəkmiş erməni qızlar - Marina və Karina Mejlumyanlar və onların anası Roza Mejlumyan tərəfindən tanındığından onu məsuliyyətdən kənarda saxlamaq havadarlarına nəsib olmayıb: "Hazırda aparılan istintaqla və əldə edilmiş arxiv materiallarına əsasən, 6 nəfərin qətlində iştirak etmiş milliyyətcə erməni Eduard Qriqoryanın məsuliyyətdən azad edilməsi üçün erməni millətçi təşkilatları və xüsusi xidmət orqanları çox çalışıblar. Təsadüfi deyildir ki, Eduard Qriqoryan uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən az sonra hansısa xidmətlərinə görə cəzasını çəkmək üçün Ermənistana göndərilib və orada azadlığa buraxılıb. Bu gün də ermənilər Sumqayıtda kütləvi iğtişaşların fəal iştirakçısı olmuş Eduard Qriqoryanın hadisələrdə iştirakının olmaması, erməni olduğuna görə onun barəsində saxta sübutlar toplanması, bəzi hallarda isə onun ümumiyyətlə, erməni olmadığı, anasının azərbaycanlı olması və pasportunda milliyyətinin azərbaycanlı göstərilməsi kimi şayiələr yaymaqla məşğuldurlar".
R.Usubovun sözlərinə görə, Ermənilərin nə deməsindən asılı
olmayaraq, Eduard Qriqoryanın Sumqayıt şəhərində törədilmiş kütləvi
iğtişaşların fəal iştirakçısı olması ibtidai və məhkəmə istintaqı
zamanı toplanmış sənədlərlə kifayət qədər sübuta yetirilmiş və onun
barəsində qüvvədə olan Azərbaycan SSR Ali Məhkəməsinin 22 dekabr
1989-cu il tarixli hökmü vardır. Həmin cinayət işinin istintaq
materiallarına əlavə edilmiş Eduard Qriqoryanın pasportunda,
pasport almasına dair 1 N°-li formada, hərbi xidmət sənədlərində
onun milliyyətinin erməni yazılması müəyyən edilib. Hazırda
E.Qriqoryanın olduğu yerin müəyyən edilməsi məqsədilə Azərbaycanın
hüquq-mühafizə orqanları tərəfindən əməliyyat-axtarış tədbirləri
davam etdirilir.
Baş prokurorun birinci müavini əlavə edib ki, Azərbaycan
ərazisində, o cümlədən Bakı və Sumqayıt şəhərləri ərazisində
Sumqayıt şəhərindəki iğtişaşların qarşısını almaq üçün yetərli
sayda hərbi qüvvələr olsa da, məlum olmayan səbəbdən SSRİ
rəhbərliyi buraya Rusiyada yerləşən hərbi hissələrin qüvvələrini
yeridib, lakin onlar da iğtişaşların qarşısını almaq üçün yetərincə
tədbirlər görməyiblər. Vaxtında hərbçilərə müraciət edilməsinə
baxmayaraq, onlar tərəfindən heç bir hərəkət olmayıb.
R.Usubov deyib ki, ovaxtkı Sumqayıt Rayon Polis İdarəsinin rəis
əvəzi, milis polkovnik leytenantı Xanlar Cəfərov general Krayevdən
Nasosnıda (indiki Tağıyev qəsəbəsi) hərbi qoşunların Sumqayıta
yeridilməsini xahiş etsə də, o, "bir qrup xuliqanların öhdəsindən
qələ bilmirsiniz" deyə irad tutaraq bundan imtina edib və nəticədə
ölənlərin sayı 32-yə çatıb. Yalnız bundan sonra komendant saatı
təyin olunub.
Onun sözlərinə görə, SSRİ Baş Prokurorluğunun istintaq qrupuna daxil edilmiş Azərbaycan Respublikası hüquq mühafizə orqanlarının əməkdaşlarının ifadələrindən görünür ki, onlar Sumqayıt hadisələrinin istintaqını aparmış SSRİ Baş Prokurorluğunun istintaq qrupunun tərkibində fəaliyyət göstərib, istintaq qrupunun rəhbəri SSRİ Baş Prokurorluğunun xüsusilə mühüm işlər üzrə baş müstəntiqi Qalkin familiyalı bir nəfər olub, iş üzrə əsas istintaq hərəkətlərini SSRİ Baş Prokurorluğundan və RF-nin müxtəlif vilayətlərindən dəvət olunmuş müstəntiqlər icra ediblər. Aparılan istintaq hərəkətlərindən onlar belə nəticəyə gəliblər ki, Sumqayıt hadisələrini ermənilər və xarici dövlətlərin xüsusi xidmət orqanları təşkil edib, istintaq qrupunun rəhbərləri cinayətin sifarişçilərinin və təşkilatçılarının müəyyən edilməsi istiqamətində demək olar ki, istintaq hərəkətləri aparmayıb, onların ifşa olunmasında maraqları olmayıb və buna görə də əsas cinayətin icraçıları barəsində işlərin tezliklə tamamlanıb məhkəməyə göndərilməsini tələb edib və azərbaycan millətindən olan müstəntiqlərin əsas istintaq hərəkətlərinin icra olunmasından kənarda saxlamağa çalışıblar: "Biz Sumqayıt hadisələrinin bütün səbəbkarlarının üzə çıxarılması və cinayətkarların öz layiqli cəzalarına çatması üçün əlimizdən gələni əsirgəməyəcəyik".
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi