Qubad İbadoğlunun Müsavatı ələ keçirmək planı – ÖZƏL
Bizi izləyin

Nida.az

Qubad İbadoğlunun Müsavatı ələ keçirmək planı – ÖZƏL

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlu Müsavat Partiyasını Arif Hacılı qruplaşmasının əlindən almaq niyyətindədir.


Publika.az-a daxil olan məlumata görə, bununla bağlı ADR sədrinin xüsusi planı var. Planın detalları məlum olmasa da, mənbə Q. İbadoğlunun inamlı olduğunu deyir: “Hazırda Müsavatdan istefa vermək üçün startda duran insanlar, rayon təşkilatları var. Onlar Qubad bəyin tərəfdarlarıdır. Bir çoxu da ADR-də təmsil olunur. Misal üçün, Astara rayonu təşkilatının keçmiş sədri də, indiki sədri də ADR-in Təşəbbüs Qrupunun üzvüdürlər. Bundan başqa, İsmayıllı rayonu bütövlükdə ADR tərəfdarlarıdır. Onlar istefa vermək istəyirdilər. Lakin son anda Qubad İbadoğlu qarşısını aldı. Çünki o, gələcəkdə Müsavatı götürmək düşüncəsi ilə bu addımı atdı. Halbuki Müsavatdan istefalara nail olub Arif Hacılı qruplaşmasını çökdürmək ADR-in əlində çox asandır”.


Mənbə Müsavatın rayon təşkilatlarının olduqca zəif olduğunu bildirib.


“Şimal və Cənub bölgələrində müəyyən qədər gücləri qalıb. O da çox deyil. Amma ADR indiyə qədər 33 rayonda təşəbbüs qrupu yaradıb. Bundan sonra da ölkənin 70 faizini əhatə etmək niyyətindədirlər. ADR-in təşəbbüs qrupu yaratdığı rayonlarda əksər müsavatçı hərəkatın tərəfdarıdır. Onlar partiyadan istefa versə, Müsavat çökər. Lakin Qubad İbadoğlu hələ gözləmə mövqeyindədir. Buna səbəbsə ADR sədrinin Müsavatı Arif Hacılıdan geri almaq planının olmasıdır. Bu planın detalları hələlik bəlli deyil. Amma Arif Hacılı qrupunun narahat olduğu da ortadadır”, - deyə mənbə bildirib.


Mənbə qeyd edir ki, Q. İbadoğlu Müsavatı yerlərdə ələ keçirsə, İsa Qəmbər də onunla razılaşmaq məcburiyyətində qalacaq: “Arif Hacılının əlində icra strukturları olduğu üçün onun gücü az da olsa qalıb. Amma baş verənlər göstərdi ki, müsavatçı olmaq Müsavat Partiyasında olmaq deyil. Partiyada olmadan da müsavatçı olmaq olur. “Bundan sonra müstəqil və milli Azərbaycanın müqəddəratını sövqi-tarixlə, idarəyə məmur olacaq partiyanın adı “Müsavat” olmaya bilər, fəqət o partiyanın mütləq Müsavatçı olması zəruridir”. Qubad bəy Rəsulzadənin bu prinsipini əsas götürür. Sadəcə olaraq, bir qədər zamana ehtiyac var. ADR rəhbərliyində qərara gəlinib ki, Müsavatın hazırkı rəhbərliyi ilə qarşıdurmaya gedərək boş enerji sərfinə yol verilməsin. Bunun əvəzində yerlərdə təşkilatlanaraq güclənmə prosesi həyata keçirilsin və Müsavat Partiyası aşağıdan ələ keçirilsin”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm