“Tiflis Moskva ilə anlaşıb Bakını satdı” – Gümrüyə yol açılır
Bizi izləyin

Nida.az

“Tiflis Moskva ilə anlaşıb Bakını satdı” – Gümrüyə yol açılır

“Tiflis hökuməti Rusiya ilə anlaşaraq Ermənistandakı Gümrü bazasına quru yol açıb”.


Bunu Publika.az-a açıqlamasında Gürcüstan parlamentinin azərbaycanlı deputatı, Saakaşvilinin lideri olduğu “Vahid Milli Hərəkat” partiyasının üzvü Azər Süleymanov rus ordusuna məxsus zirehli texnikanın Tiflisdən keçməsinə münasibət bildirərkən deyib.

“Bu gün rəsmi açıqlama verildi ki, guya bu maşınlar hansısa biznesmenə məxsusdur. Bu, gülməli açıqlamadır. Dünyada ən ucuz maşınlar Gürcüstandadır. Necə ola bilər ki, hansısa biznesmen Rusiyanın hərbi maşınlarını mülki maşın kimi alıb nümayiş etdirsin? Bu hərbi maşınların Tiflisdən keçərək Ermənistandakı Gümrü bazasına getdiyi məlumdur”,- deyə A.Süleymanov bildirib.


Azərbaycanlı deputat Tiflis hökumətinin Rusiya tərəfindən idarə olunduğunu iddia edib.


“Keçmiş təhlükəsizlik naziri bütün kartları açdı və İvanişvilidən tutmuş, indiki rəhbərlərə qədər əksəriyyətinin Rusiya pulu ilə hakimiyyətə gəldiyi məlum oldu. Bu artıq gizli məsələ deyil”, - deyə o bildirib.


A. Süleymanov əlavə edib ki, Abxaziya dəmiryolu açılsa, təəccüblənməz: “Bu gün Tiflisdən Ermənistana yol verilirsə, sabah Abxaziya dəmiryolu açılacaq. Bu baş verərsə, artıq heç kim təəccüblənməz. Gürcüstanda azərbaycanlıların yaşadığı ərazilərdə azərbaycanlı rəhbərin olmasının qarşısını alırlar. Amma Cavaxetiyada rəhbər ermənidir. Hökumət onları qeyrətli erməni vətəndaşlarımız deyə təqdim edir. O zaman biz burda nəyik? Biz heçik. Bu baxımdan, indiki hakimiyyətin Bakının maraqlarını tapdaladığı ortadadır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm