Mövlud Çavuşoğlu: “Xocalı faciəsinin soyqırım kimi tanınmasını dəstəkləyirik”
Bizi izləyin

Nida.az

Mövlud Çavuşoğlu: “Xocalı faciəsinin soyqırım kimi tanınmasını dəstəkləyirik”

Azərbaycan və Türkiyə iki dövlət, bir millət prinsipinə sadiqdir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

O bildirib: “Əməkdaşlığımız bu prinsip üzərində qurulub”.

E.Məmmədyarov isə bildirib ki, əməkdaşlıqla bağlı müxtəlif məsələlər müzakirə edilib: "Həmkarımı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi barədə məlumatlandırdım. Həmçinin Azərbaycan, İran, Türkiyə, eləcə də Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri formatında növbəti görüşün keçirilməsi məsələsini müzakirə etdik. Bu ayın sonunda üç nazir Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması ilə tanış olmaq üçün Gürcüstanda görüşəcəyik”.

M.Çavuşoğlu isə öz növbəsində deyib ki, Türkiyə şübhəsiz Xocalı soyqırımını qınayır: “Mənim cari səfərim Xocalı soyqırımının növbəti ildönümü ilə bir vaxta düşüb. Mən bu faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verirəm. Türkiyə həmişə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanın yanındadır və bu mövqeyə sadiq qalmağa davam edəcək”.

O əlavə edib ki, Türkiyə Xocalıdakı faciənin soyqırım kimi tanınması məsələsində Azərbaycanı dəstəkləyir: “Beynəlxalq ictimaiyyət bu faciə barədə həqiqəti bilməlidir və Türkiyə bundan sonra da bu məsələdə Azərbaycana dəstək göstərməyə hazırdır”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm