• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Türkiyə XİN: Ermənistan günahını və çıxılmaz vəziyyətdə olduğunu etiraf etməlidir

  • Nida.az
  • 25 Fevral 2015 14:15
  • 369 Baxış
Türkiyə XİN: Ermənistan günahını və çıxılmaz vəziyyətdə olduğunu etiraf etməlidir

Ermənistan təqsirini və çıxılmaz vəziyyətdə olduğunu etiraf etməlidir.

Trend-in məlumatına görə, bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqların yekunu üzrə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Türkiyə və Azərbaycan regionun inkişafı və çiçəklənməsi üçün hər cür səy göstərir, lakin Ermənistan hələ bu layihələrdən kənarda qalır: "Ermənistan təcavüzkar mövqeyindən geri çəkilsə, işğal edilmiş Azərbaycan ərazisini azad etsə, biz bu ölkəni birgə layihələrmizdə görməyə hazırıq".

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesindən danışarkən qeyd edib ki, Bakı Ermənistanı işğal edilmiş əraziləri azad etməyə və böyük sülh sazişi üzərində işə başlamağa çağırmaqda davam edir: "Azərbaycan həmsədrlərdən Ermənistan Silhalı Qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasına dəstək verməyi tələb edir".

Nazir əlavə edib ki, bunu beynəlxalq hüquq da tələb edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR