Müsavatda qalmaqal böyüdü, məsələyə rəhbərlik qarışdı
Bizi izləyin

Nida.az

Müsavatda qalmaqal böyüdü, məsələyə rəhbərlik qarışdı

Müsavat rəhbərliyi partiyanın Gənclər Təşkilatında yaranmış qalmaqallı vəziyyəti müzakirə edib. Partiyadan Publika.Az –a verilən məlumata görə, partiyanın bu gün keçirilən Divan iclasında məsələ gündəmə gəlib və məsələnin araşdırılın həll edilməsi üçün ta

Müsavat rəhbərliyi partiyanın Gənclər Təşkilatında yaranmış qalmaqallı vəziyyəti müzakirə edib. Partiyadan Publika.Az –a verilən məlumata görə, partiyanın bu gün keçirilən Divan iclasında məsələ gündəmə gəlib və məsələnin araşdırılın həll edilməsi üçün tapşırıqlar verilib.

Qeyd edək ki, müsavatçı gənclər arasında qalmaqalın nəticəsi olaraq 8 nəfər təşkilatda, ikisi isə partiyadan uzaqlaşdırılıb. Qalmaqalın hazırki sədr Əhliman Abbasla, ötən il nəticələri ləğv edilmiş seçkidə qalib gələnlər arasında baş verdiyi bildirilir.

Lakin gənclər arasında münasibətlər əvvəlki gərginliyini saxlayır. Belə ki, təşkilatın sədri Əhliman Abbaslı bölgələrə səfər etdiklərini və keçirdikləri görüşlərdə məqsədin güclərinə yenidən baxmaq, çatımazlıqları müəyyən etməkdir: “Bütün səmimi partiyalılar ilə bütünləşərək Rəsulzadənin partiyasının iqtidar olması yolunda fəaliyyətimizə start verməkdir.

Biz qərarlıyıq, Müsavat Partiyasının və Müsavat Partiyasının üstünlüyünü qəbul edən qüvvələrin hökumət olması üçün qarşımızı kəsən görünən və görünməz rəqiblərimizə rəğmən səmərəli və planlı hərəkət edəcəyik.
Bu yolda ən böyük rəqibimiz hazırki YAP iqtidarıdır. bu yolda ən əsas mərhələlərdən biri olaraq, Müsavata yenidən ağıllı, mərd, bacarıqlı, səmimi, intellektli, fədakar gəncliyin axınını təmin etməyə çalışacağıq. Müsavatın toparlanması, protest kəsimin güc mərkəzi olması, təbii ki, hökumətə sərf etmir. Onun üçün biz Bakını tərk edən kimi “facebook”da və özlərinin nüfuz edə bildikləri mətbu qurumlardan bir qarayaxma kampaniyası qurdular.

Müsavat Gənclər Təşkilatını (və həm də partiyanı) yıpratmağa çalışan, guya dağılır görüntüsü verməyə çalışan dairələr bu məqsədlə narazı qalmış bir neçə nəfərdən və təsir edə biləcəkləri bir neçə informasiya sayt və qəzetlərindən yararlandılar. Üzülərək qeyd edirəm ki, “Yeni Müsavat” qəzetinin dünəndən bu günə kimi yer verdiyi yazılar, Azadlıq.info-nun həvəsli və qeyri-peşakar manşeti bu dediklərim üçün nümunə göstərilə bilər”.
Narazı müsavatçı gənclərdən olan Cavanşir Abbaslının mövqeyi isə daha sərt olub: “Bəzi geri zəkalı insanlara deyirəm: “Bizim hədəflərimiz böyükdür. Buna çatmaq üçün, sizin kimi xırda “peşəkarlarla” vaxt itirmək zamanımız yoxdur! Arabir çıxan səsləriniz ətrafımızda vızıldayan milçəklərin səsinə bənzəyir. Onların da ömrü çox qısa olur”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm