Nida.az
“Foreign Affairs”: “Putin nə qədər sağdır, Qarabağ həll olunmayacaq”
Nə Putin, nə də Qərb Ukraynada uzunmüddətli qarşıdurmaya getmək istəmirdi. Sadəcə olaraq, Krımın ilhaqı və Ukraynanın şərqində separatçılara dəstək verməklə Moskva beynəlxalq hüquqa qarşı çıxdı. Qərb də buna adekvat olaraq sanksiyalar tətbiq etdi. Lakin bütün böhranın yeganə səbəbi və həll yolu təkcə Rusiyanın təcavüzü deyil. Rusiyanı geri çəkilməyə məcbur etmək olar, hətta o, buna getsə belə, bu, uzunmüddətli olmayacaq.
Publika.az xəbər verir ki, ABŞ-ın “Foreign
Affairs” nəşri Ukrayna böhranının səbəblərini araşdırır. Nəşr
Dağlıq Qarabağ münaqişəsini nümunə çəkir və bu münaqişənin sonrakı
təcavüzə presedent olduğunu yazır.
“Ərazi təftişçiliyi həmişə olub. 1991-ci ildə SSRİ və Qərb dünyası
arasındakı razılıqlar yenidən gözdən keçirildi, daha doğrusu bütün
müqavilələr pozuldu. Rusiya SSRİ-nin Avropada itirdiyi mövqelərini
yenidən ələ keçirmək üçün hərəkətə keçdi. Məhz həmin vaxtdan
etibarən Yuqoslaviya dağıldı, Dağlıq Qarabağ Azərbaycandan
qoparıldı, burda separat dövlətin qurulmasına cəhdi edildi,
Abxaziya və Cənubi Osetiya Gürcüstandan alındı, Moldova Dnestryanı
ərazilərini itirdi. Əslində Luqansk və Donetskdə baş verənlər 20 il
öncə Qarabağda yaşanmış, Dnestrayanıda, Cənubi Osetiya və
Abxaziyada təkrar olunmuşdu.
Müqavilələrə yenidən baxmaq, razılaşmaların pozulması tarixi
təcrübəyə əsaslanır. Misal üçün, 1919-cu ildə Versal müqaviləsi
bağlandı. Lakin Rusiya və Almaniya güclənən kimi bütün şərtləri
pozdular. Bu baxımdan, Rusiyanın da nə vaxta duracağını demək
çətindir.
Ukrayna böhranını nə BMT, nə də Avropa İttifaqı həll edə
bilməyəcək. ABŞ nəsə etməyə çalışır, sanksiyalarla Moskvanı küncə
sıxışdırır. Lakin o nə Ukrayna üçün açıq döyüşə girməyə, nə də
Rusiyanı bombalamağa razıdır.
Nəşr NATO-nun genişlənmə siyasətini səhv adlandırır. Ona görə yox
ki, Rusiya bundan qəzəblənir. Bu, ittifaqın özünü də zəiflədir.
Genişlənmə siyasəti olmasa, Rusiya siyasətçiləri revanşdan əl
çəkər.
Lakin hazırda bütün bunlar fikir olaraq qalır və heç kim
sanksiyalarla böhranın həllinə nail olacağını düşünməsin. Çünki
Putin nə qədər sağdır, Ukrayna əziyyət çəkəcək, Avropa
iqtisadiyyatı zərər görəcək, Rusiya daha çox qeyzlənəcək və onunla
işləmək çətin olacaq. Post-sovet ölkələri daim təzyiq altında
yaşayacaq, Qarabağ münaqişəsi həll olunmayacaq, Cənubi Osetiya və
Abxaziyada vəziyyət dəyişməyəcək, Dnestryanı Moldovaya
birləşməyəcək və separatizm güclənəcək.
Ukrayna qəzasından sonra Putin gözlərini daha geniş açıb və hər
şeyi detallarına qədər idarə edir. Təbii ki, bir gün sadə rus ayağa
qalxa və ondan getməyi tələb edə bilər. Amma bu nə vaxt olacaq,
ümumiyyətlə, olacaqmı?
İndiki halda Ukraynada sıxışdırılan Rusiya tamamilə məğlub
olmayacaq. Ən yaxşı halda o, geri çəkiləcək, özünü toparlayacaq və
yenidən hərəkətə keçəcək.
Asif Nərimanlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?