"Fuad Qəhrəmanlı da istefa verəcək"
Bizi izləyin

Nida.az

"Fuad Qəhrəmanlı da istefa verəcək"

Əli Kərimlinin müavini olmuş Razi Nurullayevin istefa verməsi və partiya sədri ilə bağlı veridiyi şok acılamalar qarşılıqlı ittihamlarla davam etməkdədir.

Razı Nurullayevin bu cür acıqlamalarına münasibət bildirən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ona cavab verməklə yanaşı digər şəxsləri - Azər Həsrəti, Niyaməddin Orduxanlını, Rauf Arifoğlunu, Aynur Camalqızını, Taleh Şahsuvarlını və digərlərini ittiham edib.

Fuad Qəhrəmanlının ittihamını cavablandıran BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Publika.az-a bildirib ki, bununla bağlı Facebook sosial şəbəkəsində status da yazıb: "Vaxt gələcək Əli Kərimliyə ən sərt sillə vuran Fuad Qəhrəmanlı olacaq. Fuad Qəhrəmanlı Əli Kərimlinin yanında çox qalmayacaq və o da istefa verəcək. Əli Kərimlinin əsl simasından danışacaq. Neçə ki, bu gün Razi bəy və digərləri danışır. Fuad Qəhrəmanlı özü də yaxşı bilir ki, Əli Kərimli yeganə şəxsdir, onunla uzun yol getmək mümkün olmur və o hər kəsə xəyanət etməyi bacarır. Əli Kərimli kimlərə xəyanət etməyib ki?! Əbülfəz Elçibəy başda olmaqla hər kəsə, o cümlədən tələbə yoldaşlarına, dost dediyi şəxslərə, hətta ailəsini və özünü qoruyan insanlara. Əli Kərimli bolşevikdir. Kim onunla deyilsə, düşməndir. Bu adam üçün heç bir mənəvi dəyər qalmayıb. Sözün həqiqi mənasında Əli Kərimli iliyinə qədər siyasiləşmiş adamdır. Ona yaxşılıq edən adamı, bir saat ərzində düşmən edir. Baxın Razi bəyin acıqlamalarına. Neçə ola bilər ki, ondan imtina edən hər kəs - müavinləri olmuş Asəf Quluyev, Razi Nurullayev və müşavirləri Şakir Abbasov, Zərifə Məhədinova, Rəsul Mirhəşimli eyni ittihamları səsləndirir?


Fuad Qəhrəmanlı Aynur Camalqızını da ittiham edib. Başa düşə bilmirəm əgər Aynur xanımın fəaliyyəti siz qane etmirsə, necə ola bilər ki, Fuad Qəhrəmanlının həyat yoldaşı Aynur xanımın rəhbərlik etdiyi media qurumunda çalışıb? Bunu nə neçə başa düşək?


Əli Kərimlinin müşaviri olmuş Zərifə xanım deyir ki, Əli Kərimli onu porno kasetlə şantaj edir. İndi bunun günahı bizdədir? Bu anormallıqdır ki, Əli Kərimlinin özü müavinlərinə, müşavirlərinə qarşı tutduğu mövqeyə görə, kimisə ittiham edəsən....


Sonda bir məqama da toxumaq istəyirəm. Artıq Razı bəyin özü də acıqlamasında bildirib ki, Facebook sosial şəbəkəsinə saxta profilləri gətirən və idarə edən şəxs Əli Kərimlidir. Öz ətrafında olan 5-10 nəfərin hər birinə 100-200 saxta profilləri acdırıb insanları təhqir etdirir. Bu göstərişi də verən Əli Kərimlidir. Kişi kimi açıq mübarizədən qacanlar bilməlidir ki, həmin ptofillərlə yazdığınız təhqirlərlə sizin hansı tərbiyənin sahibi olduğunuzu göstərirsiniz. Neçə deyərlər, küçə adamları küçə müxalifəti olduqlarını nümayiş etdirirlər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm