• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycan-Türkiyə münasibətləri digər ölkələr üçün nümunədir

  • Nida.az
  • 25 Fevral 2015 22:14
  • 238 Baxış
Azərbaycan-Türkiyə münasibətləri digər ölkələr üçün nümunədir

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov fevralın 25-də ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Publika.az-ın məlumatına görə, Milli Məclisin sədri Azərbaycan-Türkiyə əlaqələrinin ən yüksək səviyyədə olduğunu deyib. Bildirilib ki, ölkələrimiz arasındakı münasibətlər digər ölkələr üçün nümunədir. İki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq mövcuddur. Dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər münasibətlərimizin yüksək səviyyədə olmasının göstəricisidir.

Qeyd edilib ki, son illərdə Azərbaycan Türkiyəyə, Türkiyə isə Azərbaycana milyardlarla dollar sərmayə qoyub. Bu investisiyalar ildən-ilə artmaqdadır. Qarşıya məqsəd qoyulub ki, 2020-ci ilə qədər Türkiyəyə qoyulacaq Azərbaycan sərmayələrinin həcmi 20 milyard dollara çatsın.

Azərbaycan-Türkiyə münasibətlərindən danışan Mövlud Çavuşoğlu bildirib ki, əlaqələrimizi daha yüksək səviyyəyə qaldırmaq, beynəlxalq arenadakı əməkdaşlığımızı daha da gücləndirmək üçün birgə fəaliyyət həyata keçirilir. Qarşıya qoyulan hədəflərə çatmışıq. Ticarət dövriyyəsi bu il beş milyard dollara çatıb.

Nazir qeyd edib ki, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının dördüncü iclasında isə qarşıya yeni hədəflər qoyuldu. Yeni hədəfimiz ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır.

Mövlud Çavuşoğlu deyib: “Dünyada iqtisadi böhran hökm sürür, amma ölkə rəhbərlərimizin həyata keçirdikləri islahatlar nəticəsində Azərbaycan və Türkiyə öz inkişaf yolları ilə davam edirlər. Güclərimizi birləşdirdikcə həm çətinliklərə qarşı birgə səmərəli mübarizə apara bilirik, həm də qarşıya çıxan imkanları dəyərləndirmək məsələsində daha güclü oluruq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR