• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ankarada Xocalı Muzeyi və Xocalı Abidəsi açılıb

  • Nida.az
  • 26 Fevral 2015 10:46
  • 384 Baxış
Ankarada Xocalı Muzeyi və Xocalı Abidəsi açılıb

Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən keçirilən silsilə tədbirlər çərçivəsində cari ilin 25 fevral tarixində Ankaranın Kızılcahamam rayonunda yerləşən Xocalı Muzeyi və Xocalı Abidəsinin açılış mərasimi həyata keçirilmişdir.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsinin ardından Azərbaycan və Türkiyə himnlərinin oxunması ilə başlamış, ilk olaraq Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Nəcdət Ünüvarın mesajı oxunmuşdur. Mesajda Xocalı Soyqırımının ağrı və acısının Türkiyə tərəfindən bölüşüldüyü qeyd olunmuşdur.

Ardından Kızılcahamam rayon bələdiyyəsinin başçısı Muhittin Günəy, Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, səfirliyin müşaviri Ceyhun Zeynalov, millət vəkili Elman Məmmədov, Xocalı şəhəri sakini Ramiz Qəhramanov, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov və şöbə müdiri Qasım Hacıyev çıxış edərək Xocalı Soyqırımı haqqında dəyərli fikirlərini Kızılcahamam rayonu ictimaiyyəti ilə bölüşmüşlər. Natiqlər öz çıxışlarında Xocalı Soyqırımı və ümumiyyətlə ermənilərin xalqımıza qarşı tarix boyu törətdikləri vəhşiliklərdən geniş şəkildə bəhs etmişlər.

Tədbirdə, Səfirliyimizin əməkdaşları, Ankarada təhsil alan tələbə və kursantlarımız, diaspor və ictimaiyyət nümayəndələri ilə yanaşı çox sayda KİV nümayəndələri iştirak etmişlər.

Mərasim şəhidlərin ruhuna və işğal olunmuş torpaqların tezliklə azad edilməsi üçün birgə dualar oxunaraq başa çatmışdır. Tədbir zamanı iştirakçılara Xocalı Soyqırımı ilə bağlı əyani təbliğat materialları və İrs-Miras jurnalı təqdim olunmuşdur.

Tədbir Türkiyənin TRT AVAZ və TRT HABER telekanalları tərəfindən işıqlandırılmışdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR