Vitse-spiker: “Qarabağda müharibə ehtimalı real deyil”
Bizi izləyin

Nida.az

Vitse-spiker: “Qarabağda müharibə ehtimalı real deyil”

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Dağlıq Qarabağda müharibə başlaması ehtimalına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, vitse-spiker bu ehtimalın real olmadığını bildirib: “Düzdür, Ermənistan hər gün atəşkəsi pozur, bu da Ermənistanın daxilində vəziyyətin ağır olmasıyla əlaqədardır. Artıq Ermənistanda dövlət anlayışı bizim başa düşdüyümüz mənada deyil, şərti mənada işlədilir. Ermənistan sadəcə bir siyasi qurumdur, kimlər tərəfindən idarə edildiyini siz yaxşı bilirsiniz.

O, müharibə aparmaq gücündə deyil. Ermənistanın müharibəyə başlaması üçün nə iqtisadi, nə siyasi, nə də hərbi potensialı var. Amma bir tərəfdən də atəşkəsin hər gün pozulması gerçəklikdir. Bu da erməni xalqının diqqətini daxili problemlərdən yayındırmağa hesablanıb. Əlbəttə, bunun bir nəticəsi olacaq, bu da onların öz başında çatlayacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm