Nida.az
İsrail eksperti: “İŞİD-in əməlləri ermənilərin Xocalıdakı vəhşiliklərinə bənzəyir”
“Xocalı yalnız azərbaycanlılara qarşı deyil, bütün insanlığa qarşı cinayətdir”.
Publika.az xəbər verir ki, bu barədə beynəlxalq
münasibətlər üzrə məşhur İsrail eksperti Arye Qut deyib.
Onun sözlərinə görə, Xocalıda insanları qətlə yetirənlər bu gün
Ermənistan rəhbərliyində əyləşib: “Ermənistan prezidenti Serj
Sarkisyan, müdafiə naziri Seyran Ohanyan, keçmiş prezident və
digərləri Xocalıdakı qətliamın, eləcə də digər faciələrin birbaşa
iştirakçılarıdır. Sarkisyan britaniyalı jurnalist Tomas de Valla
müsahibəsində insanları qətlə yetirdiyini etiraf edir. O,
“Xocalıdan əvvəl azərbaycanlıların bizimlə zarafat etdiklərini
düşünürdülər. Onlar ermənilərin mülki əhaliyə qarşı hücum
edəcəklərinə inanmırdılar. Biz bu stereotipi sındırdıq” deyə öz
dili ilə etiraf edir. Öz cinayətləri haqda tarixdə yalnız nasist
siyasətçilər lovğalıqla danışırdılar. İndi biz Xocalı cinayətlərinə
eyni standartlarla yanaşmalı deyilikmi?”
İsrail eksperti bu gün İŞİD cinayətlərini 1992-ci il fevralın 26-da
ermənilərin Xocalıda törətdiklərinə bənzədiyini qeyd edib.
“Erməni silahlı qüvvələrinin cinayətləri nəticəsində 613
azərbaycanlı qətlə yetirildi. Yaşlılar, uşaqlar, qadınlar
görünməmiş işgəncələrə, təhqirlərə, vəhşiliklərə məruz qaldı. Yeri
gəlmişkən, bu gün İŞİD-in törətdiyi işgəncələr Xocalıda ermənilərin
həyata keçirdiyi vəhşiliklərlə çox bənzəyir”, - deyə o
vurğulayıb.
Asif Nərimanlı
-
Hadisə09:21
Məktəb binasında yanğın
-
Sosial08:43
Azərbaycanın tanınmış professoru vəfat etdi - FOTO
-
Magazin208:36
Kristofer Nolan cəngavər olacaq, xanımı isə... - FOTO
-
Ekologiya07:17
Bu günə olan hava PROQNOZU - 20 dərəcə isti
-
Magazin206:16
Leonardo Di Kaprio ilə sevgilisi arasında NƏ BAŞ VERİR?
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middltonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO