Bakı Avropanın əsas enerji tərəfdaşı oldu – Xəzərdə böyük layihə gerçəkləşir
Bizi izləyin

Nida.az

Bakı Avropanın əsas enerji tərəfdaşı oldu – Xəzərdə böyük layihə gerçəkləşir

Avropa Birliyi strateji enerji partnyorlarının siyahısını açıqlayıb.


Publika.az xəbər verir ki, potensial enerji partnyorları sırasına Əlcəzair, Türkiyə, Azərbaycan, Türkmənistan və Yaxın Şərq ölkələri daxildir.

Avropa Birliyinin enerji məsələləri üzrə komissarının müavini Maroş Şevçovik perspektivdə İran və İraqdan da qaz almağın mümkünlüyünü açıqlayıb: “Avropa gələcəkdə İran və İraqdan qazın çatdırılmasına ümid edir. Bununla yanaşı, bu il Türkmənistan və Azərbaycan arasında Transxəzər boru xəttinin tikintisi haqda üçtərəfli memorandumun imzalamağa hazırlaşırıq”.


Avropa Birliyinin enerji strategiyası haqda sənədində isə qeyd olunur ki, birlik tərəfdaş ölkələrlə enerji təhlükəsizliyi məsələləri haqda razılaşmaları müzakirə edir.


Maraqlı məqamsa, Rusiyanın enerji partnyorları siyahısına daxil edilməməsidir.


“Avropa Birliyi Rusiya ilə enerji münasibətlərinə yenidən baxacaq. Bu istiqamətdə uyğun şərait yaradılacaq”, - deyə sənəddə bildirilir.


M. Şefçoviçin sözlərinə görə, enerji qiymətləri, həcmləri və çatdırmalarının şərtləri şəffaf şəkildə olacaq. Bunun üçün Avropa Birliyi 2010-cu ildə qəbul olunan enerji qanunvericiliyini dəyişmək niyyətindədir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm