Nida.az
“Financial Times”: “Avropanın Azərbaycana ehtiyacı artıb”
“Avropa Birliyi Rusiyanı oyundan kənarlaşdırır. Əvəzində Azərbaycan və Türkmənistan qazını əldə etməyə çalışır”.
Publika.az xəbər verir ki, bu barədə “Financial
Times” nəşri yazıb.
Nəşr Avropa Birliyinin strateji enerji partnyorlarının Əlcəzair,
Türkiyə, Azərbaycan, Türkmənistan və Yaxın Şərq ölkələri olduğunu
xatırladır.
“Avropanın Rusiya ilə pisləşən münasibətlər fonunda Azərbaycana
ehtiyacı artıb. Ukrayna münaqişəsi Rusiyadan qaz çatdırmalarında
etibarlılığı şübhə altında qoydu. Rusiya “əhəmiyyətli təchizatçı”
olaraq qalır, lakin onun təsirləri azaldılacaq”, - deyə nəşr
yazır.
Avropa Komissiyasının sədr müavini Maroş Şevçovik nəşrə
açıqlamasında Cənub Qaz Dəhlizi layihəsinə böyük ümidlər
bəslədiklərini deyib.
“Cənub-Şərqi Avropaya qaz çatdıracaq TAP bu şəbəkənin son parçası
olacaq. 2020-ci ildə 10 milyard kubmetr Azərbaycan qazı Avropaya
çatdırılacaq. Lakin Avropa Birliyi bütün siyasi gücünü işə salaraq
bunun 2019-cu ilin sonuna qədər reallaşmasına çalışacaq”, - deyə
avrokomissar qeyd edib.
Nəşr Rusiyanın “Cənub axını” layihəsini ləğv etdikdən sonra
Avropanın Cənub Qaz Dəhlizinə diqqəti artırdığını yazır. TAP
Avropanın ehtiyaclarını tam ödəməsə də, 2020-ci ildən sonra qazın
həcminin 20 milyard kubmetrə çatdırılacağı gözlənilir.
Şevçovik Cənub Qaz Dəhlizinə əlavə mənbə tapacaqlarına ümid edir.
Nəşr Avropa Komissiyasının nümayəndəsinin Türkmənistanla təmasa
keçdiyini, bazar ertəsi Brüsseldə bu ölkənin səfiri ilə görüşdüyünü
qeyd edib. Tezliklə ilkin razılaşmaların olacağı gözlənilir.
“Rusiya Avropanı Xəzərdən qaz ixracının yalnız sahil ölkələrinin
razılığı ilə mümkün olduğuna inandırmağa çalışır. Şevçovik isə
türkmən qazının ixrac formalarını tapacaqlarına ümid edir. Bu ay
“Qazprom” Türkmənistandan idxalı ixtisar etdiyini elan etdi. Məhz
bundan sonra Avropa Birliyi ilə Çin arasında türkmən qazı uğrunda
mübarizə kəskinləşdi”, - deyə “Financial Times” vurğulayıb.
Asif Nərimanlı
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK