Nida.az
“Ankara və Tehransız mümkün olmayacaq” – Dağlıq Qarabağ üçün yeni model – ŞƏRH
“Hazırda Finlandiya Minsk qrupunun üzvüdür və Qarabağ münaqişəsinin nizamlanması prosesinin əvvəlki dövrlərində o, qrupa həmsədrlik də edib. Bu ölkənin Aland muxtariyyəti ilə bağlı müsbət təcrübəsi var və bu maraq doğura, Cənubi Qafqaz regionu üçün nümunə ola bilər”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvü, politoloq Rasim Musabəyov ATƏT-in Minsk qrupu
həmsədrlərinin ötən həftə regiona səfərini şərh edərkən deyib.
Politoloq Azərbaycanın da dəstəklədiyi Böyük sülh sazişində bu
modeldən istifadənin mümkünlüyünü istisna etməyib: “Lakin erməni
tərəfi adəti üzrə tam əks-mövqe ortaya qoyub. Bu göstərir ki,
İrəvan son illərdə dalana dirənmiş danışıqlar prosesinin
canlanmasında maraqlı deyil”.
R. Musabəyov həmsədrlərin regiona səfərini münaqişə tərəflərinin
prezidentləri arasında dialoqun reanimasiya edilməsinə növbəti cəhd
kimi qiymətləndirib.
“Onların danışıqlar prosesinə dinamika qazandırmaq iqtidarında
olmadıqları aydındır. Buna görə də, Azərbaycan tərəfi haqlı olaraq
həmsədrlərin ünvanına tənqidlər səsləndirir, onların tərkibinin
genişləndirilməsinə və ya dəyişdirilməsinə dair təkliflər irəli
sürür. Məsələn, Milli Məclisin deputatı Azay Quliyev ATƏT Parlament
Assambleyasının qış sessiyası zamanı ATƏT-in Minsk qrupunun
həmsədrlərinin sayının 3-dən 5-ə qaldırılması məsələsini gündəmə
gətirib. O, yeni həmsədrlərin Türkiyə və Almaniya təmsilçiləri
olmasını təklif edib.
1991-ci ilin fevralında ATƏT-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin Praqada keçirilən və Minsk qrupunun yaradılması ilə nəticələnən toplantısında Azərbaycan nümayəndə heyətinə başçılıq etmiş, sonrakı illərdə Minsk qrupunun vasitəçilik səylərini daim müşahidə etmiş şəxs kimi mən bu təklifin məhsuldar olacağına inanmıram. Birincisi, tərəflər həqiqətən də münaqişənin həlli prosesinin başlanğıcı ola biləcək substansional danışıqlara, yəni Böyük sülh sazişinin mətni üzərində diskussiyalara keçməkdənsə, nəticəsiz prosedur mübahisələrinə cəlb olunurlar. İkincisi, vasitəçilərin sayının 5-ə qaldırılmasının onların fəaliyyətində effektivliyi artıracağına dair heç bir tutarlı dəlil yoxdur. Əksinə, sayın bu cür artırılacağı təqdirdə hələ vasitəçilərin öz aralarındakı fikir ayrılıqlarını çözmək üçün xüsusi moderator təyinatına ehtiyac yarana bilər. Üstəlik, namizəd kimi Almaniya və Türkiyənin göstərilməsi Ermənistan tərəfindən birmənalı etirazla qarşılanır. Bundan başqa, Türkiyənin vasitəçiliyə namizədliyinin müzakirəsi belə, Ankaranın Qarabağ münaqişəsinin həllindən əvvəl Ermənistanla diplomatik əlaqələri bərpa etməsi, sərhədləri açması zərurətini yaradacaq.
Bu, Azərbaycanın xeyrinədirmi? Türkiyə ilə Almaniya Minsk qrupunun üzvləri qismində sülh prosesinə müsbət təsir göstərmək iqtidarındadırlar. Onlar Minsk konfransının çağırılmasına, bununla da orada yaranmış vəziyyətin kollektiv müzakirəsinə, həmçinin tərəflərin razılığa gələ bilmədikləri baza prinsiplərinin formalaşdırılmasına nail ola bilərlər. Maraqlı regional fövqəldövlət olan Türkiyə Moskva, Paris və Vaşinqtonla ikitərəfli dialoqlar vasitəsilə vasitəçilərin işinə öz təsirini göstərə bilər. Almaniya isə Avropa İttifaqının nüfuzlu üzvü olaraq, nizamlama prosesinin stimullaşdırılması üçün Aİ-nin iqtisadi-maliyyə və siyasi resurslarını cəlb edə bilər. Üstəlik, 2016-cı ildə Almaniya ATƏT-ə sədrliyə başlayacaq və nəticədə Minsk qrupu ilə paralel şəkildə tam rəsmi vasitəçilik səyləri göstərmək imkanı qazanacaq. Bir sözlə, Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişə nail olunması üçün onu sürətləndirməyə qadir olan fövqəldövlətlərin praktiki səylərinə ehtiyac var. Bunun üçün vasitəçi strukturda dəyişikliklər getmək vacib deyil”, - deyə millət vəkili qeyd edib.
R. Musabəyov “İsveçrə protokolları”nın Ermənistan parlamentindən
geri çağırılmasına da münasibət bildirib: “Protokolların
parlamentdən geri çağırılması ilə İrəvan və onun xarici
himayədarları, əslində, Türkiyəni Azərbaycandan ayırmaq üçün
qurulmuş hiyləgər planın iflasa uğradığını etiraf ediblər. Onlar bu
planı həyata keçirməklə Bakını ərazi güzəştlərinə, ermənilərə sərf
edən sülhə razı salmağı düşünürdülər. Ermənistanın və onun
xaricdəki diasporunun xoşuna gəlsə də, gəlməsə də, nüfuzlu regional
fövqəldövlət olan Türkiyəni Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması prosesindən kənarlaşdırmaq mümkün deyil. Bu sözlər
İrana da aiddir. Onun özü beynəlxalq təcrid vəziyyətində olsa da,
ATƏT-də yer almasa da, vasitəçilik səylərində iştirak etməsə də,
Tehranın prosesindən tam kənarda tutulması mümkün deyil. İran
Qarabağ münaqişəsi zonası ilə bilavasitə sərhədə malikdir.
Problemin nizamlanmamış qalması, hərbi əməliyyatların bərpası
ehtimalı bu nəhəng regional fövqəldövlətin maraqlarına birbaşa
təsir göstərir”.
Politoloqun fikrincə, azərbaycanlı girovların azadlığına nail
olunması, erməni tərəfinin Azərbaycanın işğal olunmuş ərazilərində
təxribatçı hərbi təlimlərdən imtinaya razı salınması vacibdir: “Bu,
nəinki prezidentlərin görüşü üçün müsbət fon yaradar, həm də təmas
xəttində atəşkəs rejiminin möhkəmlənməsinə təkan olar. İstənilən
halda Azərbaycan və Ermənistan prezidentlərinin görüşü bir halda
məna kəsb edəcək ki, o, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması
üzrə böyük sülh sazişi üzərində işə başlanmasına start versin”.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...