• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycan Ermənistanı itkin düşmüş şəxslərlə bağlı aşkarlığa çağırdı

  • Nida.az
  • 27 Fevral 2015 14:29
  • 259 Baxış
Azərbaycan Ermənistanı itkin düşmüş şəxslərlə bağlı aşkarlığa çağırdı

Ermənistan Dağlıq Qarabağ münaqişəsində itkin düşmüş azərbaycanlılar məsələsində aşkarlıq və şəffaflıq nümayiş etdirməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə deyib.

Onun sözlərinə əsasən, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində 4 mindən çox azərbaycanlı itkin düşüb: "2014-cü ildə Fransa Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının görüşü çərçivəsində girovlar və itkin düşmüş şəxslər haqqında informasiya mübadiləsinə dair razılıq əldə olunub. Ermənistan indiyədək bu razılaşmalara və Beynəlxalq Qırmızı Xaç Komitəsinin çağırışlarına məhəl qoymur".

H.Hacıyev qeyd edib ki, Azərbaycanda 20 ildən artıqdır itkin düşmüş yaxınlarını gözləyən ailələr var: "Destruktiv mövqe tutan Ermənistan bu məsələ üzrə öz öhdəliklərinə məhəl qoymamağa davam edir".

XİN rəsmisi ermənilərin Kəlbəcər rayonunda girov götürdükləri iki azərbaycanlının "məhkəmə"sini qanunsuz adlandırıb: "Azərbaycan onların azad edilməsi üzrə işi beynəlxalq təşkilatlarla davam etdirəcək".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR