Uorlik ABŞ Erməni Milli Komitəsinin üzvləri ilə nələrdən danışdı?
Bizi izləyin

Nida.az

Uorlik ABŞ Erməni Milli Komitəsinin üzvləri ilə nələrdən danışdı?

ATƏT Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsini ABŞ Erməni Milli Komitəsinin üzvləri ilə müzakirə edib.

Trend-in məlumatına görə, bu barədə diplomat özünün twitter sosial şəbəkəsindəki səhifəsində yazıb.

Diplomat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan məsələləri komitə üzvləri ilə müzakirə etməyə həmişə şaddır: “Gəlin, münaqişənin tənzimlənməsi sahəsində müzakirələri davam etdirək”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm