• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Qənirə Paşayeva Adanada Xocalı soyqırımından danışdı

  • Nida.az
  • 28 Fevral 2015 10:40
  • 375 Baxış
Qənirə Paşayeva Adanada Xocalı soyqırımından danışdı

Millət vəkili Qənirə Paşayeva Adanada Qarabağ problemi, Xocalı soyqırımı ilə bağlı geniş məruzə ilə çıxış edib və dünyanın hər yerindəki türk insanına çağırış edib.

Adananın ən böyük mərkəzində yüzlərlə gəncin iştirakı ilə keçirilən tədbirdə millət vəkili Qənirə Paşayeva Azərbaycan xalqının soyqırıma məruz qaldığını dünyanın hər tərəfində yaşayan insanlara daha geniş şəkildə duyurmaq və bütün dünyanın Xocalı Soyqrımını bilməsi üçün hər yerdə konfranslar və tədbirlər təşkil edildiyini bildirib və Xocalı soyqırımının bütün insanlığa qarşı edilmiş bir cinayət olduğunu deyib.

Millət vəkili Qənirə Paşayeva ermənilərin 23 il əvvəl Xocalıda dinc azərbaycanlılara qarşı soyqırım törətdiklərini və insanlığa qarşı bir cinayət olan Xocalı Soyqırımını unutmayacağıq və unutdurmayacağıq , – deyib. Xocalı Soyqırımını tanıyan qətnamələrin bir sıra ölkələr tərəfindən qəbul edilməsinə baxmayaraq Xocalı Soyqırımını törədənlərin hələ də ədalət qarşısında cavab vermədiklərini deyən millət vəkili Qənirə Paşayeva bu soyqırımı törədənlərin ədalət qarşısında hesab vermələrinin Azərbaycanın ən böyük hədəflərindən olduğunu qeyd etdi.

Qənirə Paşayeva bildirib ki, harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Xocalı Soyqırımı, Qarabağ həqiqətlərinin, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarının dünyaya çatdırılması, bu soyqırımı törədənlərin öz layiqli cəzasını alması üçün çalışmalıdır. Millət vəkili 20-ci əsrin əvvəlində ermənilərin həm Anadolu, həm də Azərbaycan torpaqlarında, 20-ci əsrin sonunda müasir dünyanın gözləri qarşısında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi qətliamlar, soyqırımlardan danışıb və bildirib ki, dünyanın bəzi ölkələri var ki, gerçəkləri görmək istəmir və qondarma erməni soyqırımı ilə bağlı qərarlar qəbul edirlər. Bu yalanların qarşısının alınmasının tək bir yolu var – birlikdə mübarizəmizi daha da gücləndirmək və həqiqətləri dünyaya birlikdə daha da geniş yaymaqdır.

“Qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə və Qarabağ probleminin həlli harada doğulub harada yaşamasından asılı olmayaraq bütün Türklərin əsas məsələsi olmalıdır. Biz bu iddiaların qarşısını almaq üçün həqiqətləri, gerçəkləri bütün dünyaya daha geniş şəkildə çatdırmalıyıq”, – deyə millət vəkili əlavə edib. Bu məsələdə türk gəncliyinin üzərinə böyük vəzifə düşdüyünü qeyd edən millət vəkili Qənirə Paşayeva bütün türk gəncliyini tariximizə sahib çıxmağa, sosial mediada, virtual aləmdə fəal olmağa çağırıb və qondarma erməni soyqırımı iddialarına qarşı mübarizədə və Azərbaycan həqiqətlərinin daha geniş şəkildə yayılması məqsədilə sosial mediada səylərin artırılmasının, işinin sürətləndirilməsinin vacibliyini qeyd edib.

2015-ci ildə qondarma erməni soyqırımının 100 illiyi münasibətilə erməni diaspor və lobbisinin daha böyük səylər göstərdiyini deyən millət vəkili Qənirə Paşayeva dünyanın hər yerində yaşayan türk kökənli insanları erməni yalanlarına qarşı daha ciddi mübarizəyə səsləyib. ”Biz sadəcə olaraq ədalət istəyirik! Xocalıda, Qaradağlıda soyqırım törədən cinayətkarlar Ermənistanda önəmli vəzifədədirlər. Hələ dəədalət qarşısında törətdikləri cinayətə görə cavab verməyiblər. Dünyanın insan haqları deyərək bar-bar bağıran təşkilatları, dövlətləri, 1 milyon insanın öz evində yaşama hüququnun Ermənsitan tərəfindən pozulmasına səs çıxartmırlar!

ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ABŞ, Fransa və Rusiyada bu istiqamətdə Ermənistana heç bir təzyiq və təsir göstərmirlər. Xocalı Soyqırımından danışmayanlar qondarma erməni soyqırımı yalanları ilə türk millətinə tarixdə olmayan bir soyqırımı zorla qəbul etdirmək üçün Ermənistan və erməni diasporuna ciddi dəstək verirlər. Yalana qarşı ən ciddi mübarizə isə doğruları, həqiqətləri anlatmaqdır və dünyanın hər yerində yaşayan türk kökənli insanlar Xocalı Soyqırımı həqiqətlərinin daha geniş yayılmasına çalışmalıdırlar. Bu Xocalı Soyqırımı da daxil olmaqla Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında məsum insanlarımızı qətlə yetirən bütün cinayətkarların, qatillərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq və torpaqlarımızı işğaldan azad etməliyik. “ Tədbirin sonunda Adanada fəaliyyət göstərən Azərbaycan Kültür Mərkəzinin sədri Yaqub Bulut millət vəkili Qənirə Paşayevaya Azərbaycan və Türkiyə həqiqətlərinin hər yerdə daha çox yayılması və gənclərin geniş məlumatlandırılması üçün konfranslarda aktiv iştirak və dəstəyinə görə plaket təqdim edib.

Millət vəkili Qənirə Paşayeva bildirib ki, gənclərin Azərbaycan, Qarabağ həqiqətlərini daha geniş öyrənməsi istiqamətində bundan sonra da hər zaman bu kimi tədbirlərdə iştirak və dəstək verməyə hazırdır və Yakub Buluta və Adaba Böyük Şəhər Bələdiyyə başqanı Hüseyn Sözlüyə çoxlu sayda gənclərin iştirakı ilə tədbirin təşkilinə görə təşəkkürünü bildirib. Sonda Q.Paşayeva Azərbaycan həqiqətlərinin anladan kitabları, materialları, özünün müəllifi olduğu Türkiyə türkcəsində Hocalı Soykırımı tanıkların dilinden kitabını və rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İb-nin hazırladığı “Azərbaycan həqiqətləri” filmləri kataloqunu bir sıra tədbir iştirakçılarına hədiyyə edib. Millət vəkili Adanaya səfəri çərçivəsində Adana Böyük Şəhər Bələdiyyə başkanı Hüseyn Sözlü və qardaş türk toplumları dərnək və təşkilatları ilə də görüşüb və onlarla fikir mübadiləsi aparıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR