• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Vurğun Əyyub I müavin təyin olundu

  • Nida.az
  • 1 Mart 2015 17:14
  • 1 168 Baxış
Vurğun Əyyub I müavin təyin olundu

Vurğun Əyyub Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı sədrinin 1-ci müavini təyin edilib.

Publika.az-ın məlumatına görə, hərəkat sədri Qubad İbadoğlu bu barədə öz facebook səhifəsində məlumat yayıb.

Məlumatda bildirilir ki, fevralın 28-də Azərbaycan Demokratiya və Rifah Hərəkatının İdarə Heyətinin 2-ci iclası olub. İclasda Qubad İbadoğlu nizamnamə ilə ona verilən səlahiyyətlərindən istifadə edərək ADR Hərəkatın sədri kimi ilk sərəncamına imza atıb, Vurğun Əyyubu ADR Hərəkatı sədrinin 1-ci müavini təyin edib.

İclasda həmçinin milli valyuta ilə bağlı durum, təşkilatı məsələlər də müzakirə olunub.

Azərbaycan Demokratiya və Rifah Hərəkatı fevralın 21-də təsis olunub. Hərəkatın Təşkilat Komitəsinin sədri, Müsavat Partiyası başqanlığına keçmiş namizəd, iqtisadçı Qubad İbadoğludur.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR