Əli Kərimlidə daha kimlərin kaseti var? – AXCP sədrinin şantaj siyasəti
Bizi izləyin

Nida.az

Əli Kərimlidə daha kimlərin kaseti var? – AXCP sədrinin şantaj siyasəti

AXCP sədri Əli Kərimli partiya daxilində “təmizləmə” işinə start verib.


Publika.az-a daxil olan məlumata görə, Razi Nurullayevin AXCP-dən çıxarılmasından sonra gizlinlərini açması Əli Kərimlini ciddi narahat edib. Məhz bundan sonra Əli Kərimliyə qarşı alternativ fikirləri ilə seçilən iki nəfər sorğu-suala cəlb olunub. Mənbə sözügedən şəxslərin adını hələlik açıqlamayıb.


“Onların Razi Nurullayevə yaxın şəxs olduğu iddia olunur. Əli Kərimli hesab edir ki, kənar qüvvələr onu AXCP-nin daxilindən vurmaq qərarı verib. Onun bu cür şübhəli düşüncəsindən partiyada çoxları əziyyət çəkir”, - deyə adının açıqlanmasını istəməyən AXCP üzvü deyib.

Məlumata görə, Əli Kərimli R. Nurullayevin də digərləri kimi susacağını düşünürmüş: “Misal üçün, Zərifə xanım susdu (Əli Kərimlinin keçmiş qadın müşaviri Zərifə Məhəddinovanı şantaj etdiyi deyilir – red.). Bir çoxlarına qarşı şantaj materialları hazırlanıb. AXCP-də hər kəs bilir ki, Əli Kərimliyə qarşı çıxmağın əvəzini ödəyəcəklər. Birini nəyləsə şantaj edirsə, digərini sosial şəbəkədə biabır etdirir. Onun Razi bəyə qarşı da şantaj kimi istifadə edəcəyi vasitə var idi. Söhbət xarici ölkə səfirliklərindən gedir. Razi Nurullayevin bir çox ölkənin səfirliyi ilə normal münasibətləri var. Əli Kərimli Razi bəyin qarşısına səfirliklərlə münasibətlərini korlaya biləcəyi “kozırını” atırdı. O, səhhətindəki problemləri əsas gətirib gedəcəyini bəyan edəcəkdi. Lakin Razi Nurullayev susmadı. Hər şey Əli Kərimlinin planının ziddinə getdi. Buna görə də ondan qisas almağa hazırlaşır. Artıq onu səfirliklərin gözündən salmaq üçün haqqında müxtəlif informasiyalar “ötürür”.


Mənbə Əli Kərimlinin partiya rəhbərliyində təmsil olunan bir çox şəxslərə qarşı şantaj materiallarına malik olduğunu iddia edib.


Məlumata görə, AXCP-nin bu il nəzərdə tutulan qurultayı da təxirə salına bilər. Çünki Ə. Kərimli belə bir vəziyyətdə qurultaya getməyin özü üçün pis nəticələrə səbəb olacağını bilir.


“Qurultayla bağlı ciddi fikir ayrılığı var. Fuad Qəhrəmanlı Əli Kərimlinin əsas adamı rolunda çıxış edir və partiyanı idarə edənlərdəndir. Digər müavinlər, xüsusilə Kərəm Həsənov kölgədə qalır. Bu bir qədər onun səhhəti ilə bağlıdır, lakin Fuad Qəhrəmanlı da onun fəaliyyətinə ciddi maneələr yaradır. Bir də Əli Kərimli xaricə çıxa bilmədiyi üçün Avropadakı bütün işlərini Fuad həyata keçirir. Fuad Qəhrəmanlının Əli Kərimliyə yaxınlığını gənclər qəbul etmir. Misal üçün, Seymur Həzi, Natiq Ədilovda bu yaxınlıq xüsusi qıcıq yaradır. Onlar qurultayın keçirilməsində əsas maraqlı olan adamlardır. Məqsədləri Əli Kərimliyə yaxın postlara gəncləri gətirməkdir. Fuad Qəhrəmanlının isə öz namizədləri var. Razi Nurullayevin getməsi və Əli Kərimli üçün zərbə olacaq məqamları ictimaiyyətə açıqlaması qurultayın keçirilməsini də sual altına qoyub”, - deyə mənbə əlavə edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm