AXCP kimlərin casus olduğunu müəyyənləşdirib
Bizi izləyin

Nida.az

AXCP kimlərin casus olduğunu müəyyənləşdirib

“Bu gün müxalif düşərgədə iqtidarın agentura şəbəkəsini görmək üçün hər kəsin fəaliyyətinə baxıb nəticə çıxara bilərik. Bundan ötrü məxfi təsdiqləyici sənədə ehtiyac yoxdur”.


“Bu gün müxalif düşərgədə iqtidarın agentura şəbəkəsini görmək üçün hər kəsin fəaliyyətinə baxıb nəticə çıxara bilərik. Bundan ötrü məxfi təsdiqləyici sənədə ehtiyac yoxdur”.

Publika.Az xəbər verir ki, bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı jurnalist Xədicə İsmayılın yaydığı deyilən “casus” sənədinə münasibət bildirərkən deyib.

F. Qəhrəmanlı X. İsmayılın MTN-nin müxalifətdəki agenti ilə bağlı yazdığı statusdan AXCP-yə qarşı istifadə edildiyini deyib və buna sərt təpki göstərib.

“Bunu təhrif edib AXCP-yə qarşı fitnəkarlıq edənlərin nəzərinə agentura fəaliyyəti ilə bağlı aşağıdakı zəruri qeydləri çatdırmaq istərdim. Agentin iki funksiyası var. Birincisi rəqib və ya düşmən tərəf daxilində müəyyən olunmuş pozuculuq fəaliyyətlərini həyata keçirmək, qərarların qəbuluna təsir göstərmək. İkincisi qarşı tərəfin fəaliyyəti, planları ilə bağlı informasiyaları əldə edib müvafiq qurumlara ötürmək.
Məxfi əməkdaşlığı təsdiq edən sənəd, məlumat yoxdursa, agent iki yolla məüyyənləşdirilə bilər. Birincisi, şəxsin fəaliyyətinə baxıb nəticə etibarilə kimin maraq və mənafelərinə xidmət etdiyini müəyyənləşdirmək olar. Buna misal olaraq müxalifət düşərgəsində müxalifətin birliyini dağıtmaq, seçki vaxtı əldə olunmuş nəticələri təhrif edib iqtidarın səsləndirdiyi rəqəm nəticələri təsdiq etmək, müxalif birlik kimi Milli Şuranı gözdən salma kampaniyası aparmaq və s. fəaliyyətlər müxalif düşərgədə iqtidarın xeyrinə aparılan agentura fəaliyyəti kimi göstərilə bilər.

İkincisi, təşkilati strukturlarda kimlər ki, informasiya qaynağına daha çox can atır, özünə aid olmayan məlumatlara toplamağa cəhd göstərir, bu həmin şəxsin fəaliyyətinin məqsədləri ilə bağlı şübhələnmək üçün əsas verir. Bu cür fəaliyyətlər isə ictimaiyyət üçün nəzərə çarpan sayılmır, odur ki, onu təşkilatlar daxilindəki səlahiyyətli şəxslər fəaliyyət prosesində müəyyənləşdirə bilərlər”-deyə AXCP rəsmisi dolayısı yolla kimlərin agentlik etməsinə işarə vurub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm