Prezidentin köməkçisi: “Azərbaycan müvafiq münasibət göstərəcək”
Bizi izləyin

Nida.az

Prezidentin köməkçisi: “Azərbaycan müvafiq münasibət göstərəcək”

“Dağlıq Qarabağda həyata keçirilən istənilən birtərəfli addım, siyasi, sosial aksiya Azərbaycan tərəfindən müvafiq münasibətlə qarşılaşacaq”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 3-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək qondarma “parlament seçkiləri”nə münasibət bildirərkən deyib.

Ə.Həsənov qeyd edib ki, Ermənistan dövləti bu əraziləri işğal edib. Onun bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm