“Qubad İbadoğlunu həbs edin” – Müsavatda ŞOK QARŞIDURMA
Bizi izləyin

Nida.az

“Qubad İbadoğlunu həbs edin” – Müsavatda ŞOK QARŞIDURMA

Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlu ABŞ-a səfər edib.


Publika.az xəbər verir ki, Q. İbadoğlu budəfəki səfərinin siyasi məsələlərlə bağlı olduğunu deyib: “Yenidən ABŞ-a səfərə çıxdım. İşgüzar görüşlərim əvvəlkilərdən xeyli fərqlənir. Əvvəla, ilk dəfədir ki, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri statusu ilə müzakirələrə qoşulacam. İkincisi, səfər proqramım şəffaflıq deyil, daha çox siyasi məsələlər üzərində qurulacaq. ABŞ Konqresi tərəfindən əsası qoyulan bu proqram Dövlət Departamenti və Demokratiya Naminə Fond tərəfindən dəstəklənir”.


ADR sədrinin bu səfəri Müsavat Partiyasında qıcıqla qarşılanıb.


Müsavat Partiyası Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) sədri Sevinc Hüseynova Q. İbadoğlunu jurnalist Xədicə İsmayılla müqayisə edib. Bildirib ki, X. İsmayıl ABŞ fondları ilə işləyirdi: “İndi həbsdədir. Qubad İbadoğlu isə təyyarədən düşmür. Bu dəfə şəffaflıqdan yox, siyasətdən danışacaq”.


MNTK sədrinin bu yanaşması Qubad İbadoğlu tərəfdarlarının sərt reaksiyası ilə qarşılaşıb.


ADR üzvü İsmayıl Kəsəmənli S. Hüseynovanı xarici fondlardan pul almaqda ittiham edib.


“Sevinc xanım, ən azından siz danışmayın. Çünki xarici fondların verdiyi pulların dadını siz də yaxşı bilirsiniz”, - deyə o bildirib.


Müsavat üzvü, hazırda Avropada yaşayan Elbəyi Həsənli isə S. Hüseynovanın sözlərinə maraqlı şərh verib: “Qubad İbadoğlunu həbs edin”.

Onun sözlərinə görə, MNTK sədri Sevinc Hüseynovanın sözlərindən belə çıxır. MNTK sədri ADR sədrinin həbs olunmasını istəyir.


“Müsavat Partiyası nə günə qalıb ki, belə bir vəzifənin daşıyıcısı işverənliklə məşğul olur. Kin-küdurət bizim axırımıza çıxıb”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm