Nida.az
Obamanın dişsiz siyasəti, Kremlin sərt həmlələri və ya Cənubi Qafqazda itirən kimdir?
ABŞ-ın “The National İnterest” nəşri ABŞ – Rusiya qarşıdurmasında Obamanın dişsiz siyasəti və Moskvanın post-sovet məkanında geniş əl-qol açmasını şərh edib. Nəşr Azərbaycanın əsas faktor olduğu Cənubi Qafqaz regionunda ABŞ təsirlərinin zəiflədiyi xəbərdarlığını edib.
Publika.az xəbər verir ki, ABŞ müdafiə nazirinin
maliyyə məsələləri üzrə keçmiş müavini Dov Zaxeymin qələmə aldığı
məqalədə Barak Obamanın xarici siyasəti ikinci plana çəkdiyi və
daha çox prezidentlik dövrünün son həlqəsinə qədəm qoyduğu
bildirilir: “Neft qiymətlərinin düşməsi nəticəsində ölkə daxilində
məşğulluğun azalması, inflyasiyanın artması qarşıdakı iki il
ərzində Obamanın diqqətini xarici siyasət prioritetlərindən
yayındıracaq. Lakin bu rahat olsa da, təhlükəlidir. Obamanın belə
yanaşması onun müdafiə mövqeyi ilə əsaslandırılıb. O, xarici
siyasətdə ən əhəmiyyətli istiqamət kimi Əfqanıstan və İraqa baxır.
Bu iki ölkədə işlər çox pis gedir.
Lakin bu uğursuzluq heç də ABŞ-ın öz gücünü qoruması üçün passivliyə qapılması demək deyil. Obamanın Əfqanıstan və İraqdan qoşunlarını çıxarması əzablı düşüncələrin nəticəsi deyildi. Onun fikrincə, ABŞ kənar torpaqlarda müharibəyə qoşulduğu vaxt, həmişə itkilərlə qarşılaşır. Obama İranla, həmçinin, İsrail və Fələstin arasında problemi danışıqlar yolu ilə həll etməyə çalışaraq hərbi öhdəliklərdən boyun qaçırır. Rusiyaya qarşı sanksiyaları gücləndirməməyə çalışır, İranla saziş bağlamaq, yaxud bu məsələni növbəti administrasiyanın çiyinlərinə qoymaq istəyir. Suriya müxalifətini silahlandırmağa tələsmir, Yaxın Şərqdə davam edən müharibələrdə yerüstü gücləri cəlb etməkdən imtina edir. Kuba ilə münasibətlərin normallaşması təşəbbüsləri reklam olunur. Lakin beynəlxalq təhlükəsizlik maraqları onun diqqətini və aktiv iştirakını tələb edəcək. Bu onun xoşuna gəlsə də, gəlməsə də. Amerikaya hərbi, siyasi və ya diplomatik hökmranlığı təmin etmək üçün yeni proqram lazımdır”.
Dov Zaxeymə görə, ABŞ siyasi oriyentasiyasını dəyişməyə Rusiyadan
başlamalıdır.
“1968-ci ildə SSRİ Çexoslovakiyaya hücum edərkən heç bir Avropa
dövləti müdaxilə etmədi. 2008-ci ildə Rusiya Gürcüstana girdi,
Abxaziya və Cənubi Osetiya itirildi. Burda kukla rejimlər
yaradıldı. Eyni taleyi Azərbaycan 1990-cı ildə yaşadı. Bu ölkənin
torpaqları hesabına Rusiyanın dəstəyi ilə Ermənistanda qondarma
rejim yaratdı. Moldovada Dnestryanı problemi yaşandı. Nəhayət,
2014-cü ildə Krım zəbt edildi, indi Luqansk və Donestkdə eyni
ssenarilər yaşanır. Vaşinqton isə yalnız danışmaq və bəyanat
verməklə məşğuldur. Hazırda ABŞ Çexiya və Polşada raket əleyhinə
müdafiə sistemlərini yerləşdirməyi planlaşdırır. Amma Rusiya
hansısa formada buna maneələr yaradır. Obama administrasiyası isə
bu məsələdə daim tərəddüd edir”, - deyə məqalədə qeyd olunur.
Müəllif yazır ki, Obama administrasiyasının dişsiz siyasəti
nəticəsində Rusiya post-sovet məkanında öz qarmaqlarını
genişləndirir: “Təkcə İraq və Əfqanıstana önəm verməklə ABŞ-ın
fövqəlgücünü qorumaq mümkün deyil. Rusiya öz işindədir. Sanksiyalar
Moskvaya təsirini çox da göstərmir. Bəlkə də neft düşməsəydi,
tətbiq olunan sanksiyalar Rusiyanın tükünü belə tərpətməyəcəkdi.
Obama administrasiyası daxili məsələlərlə məşğul olduğu bir vaxtda,
Putin Baltikanı təhdid edir, Cənubi Qafqazda təsir imkanlarını
artırır, Mərkəzi Asiyaya gedən yolları bağlayır”.
Dov Zaxeym Obamanın müttəfiqlərini incitməsini ən böyük yanlış
siyasət adlandırır.
“İstər İsrail, istər britaniyalılar, istər Avropanın digər
məkanlarındakı müttəfiqlər, istərsə Asiya və Rusiyanın sərhədləri
yaxınlığında yerləşən Cənubi Qafqazdakı müttəfiqlər Obamaya etibar
etmir. Bu, olduqca yanlış siyasətdir və ABŞ-ın milli maraqlarının
ziddinədir”, - deyə məqalədə vurğulanır.
Asif Nərimanlı
-
Magazin121:05
O getdi, mən də daha yoxam! - Əməkdar artist səhnə ilə vidalaşdı
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət