Kommunistlərin keçmiş sədri partiyadan qovuldu – AZƏRBAYCANDA
Bizi izləyin

Nida.az

Kommunistlərin keçmiş sədri partiyadan qovuldu – AZƏRBAYCANDA

Azərbaycan Kommunist Partiyasının (5-ci çağırış) 38-ci qurultayı keçirilib.

Partiyadan Publika.az-a daxil olan məlumata görə, 26 rayon təşkilatı qurultayda təmsil olunub.

Qurultayda partiyanın Mərkəzi Komitəsi (MK) və Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) hesabatları dinlənilib və müzakirə edilib.

Yeni MK və MNTK seçilib. Gülnisə Məhsimova 31 nəfərdən ibarət MK sədri, Ədalət Yaqubov isə 7 nəfərdən ibarət MNTK sədri seçilib. MK sıralarından G.Məhsimova başda olmaqla 13 nəfərdən ibarət Büro formalaşıb.

Bundan əlavə, keçmiş partiya sədri Rauf Qurbanov və onun bir qrup tərəfdarı bölücü və fraksiyaçı fəaliyyəti üçün AKP-dən çıxarılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm