Sabina Freyzer: “Qarabağda “təsadüfi müharibə” təhlükəsi son dərəcədə artıb”
Bizi izləyin

Nida.az

Sabina Freyzer: “Qarabağda “təsadüfi müharibə” təhlükəsi son dərəcədə artıb”

“Ermənistan və Azərbaycan arasında təmas xəttində gərginliyin artması böyük narahatlıq yaradır. Bu, müharibə təhlükəsinin son dərəcədə artdığını göstərir”.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzer deyib.


Onun sözlərinə görə, təmas xəttində gərginliyin artması 2014-cü ildən hiss olunur: “Sanki tərəflər bir-birini sınağa çəkir, lakin bu çox risklidir. Dağlıq Qarabağda həmişə “təsadüfi müharibə” təhlükəsi mövcuddur. Etibarın artması üçün təklif olunan güzəştlər bu və ya digər formada qəbul olunmur. Ermənistan Dağlıq Qarabağ və ətraf rayonları güzəşt etmək istəmir”.


S. Freyzerə görə, Dağlıq Qarabağla bağlı danışıqlar 2011-ci ildə dalana dirənib: “Həmin vaxt tərəflər Kazanda görüşdülər və 2005-ci ildə danışıqlar mövzusu olan əsas prinsiplərdə razılığa gələ bilmədilər. Son uğursuzluqdan sonra Azərbaycan və Ermənistan prezidentləri üç dəfə görüşdü. Lakin heç bir irəliləyişə nail olunmayıb. Hazırda danışıqlar üçün əsas məsələ həmsədrlərin təklif etdiyi və uzunmüddətli həll variantı olan əsas prinsiplərə yenidən qayıtmaqdır”.


Onun sözlərinə görə, vətəndaş cəmiyyətinin nümayəndələri, parlament üzvləri, müstəqil ekspertlər, QHT-lər arasında təmas qurulmalıdır: “Belə müzakirələr nəsə verə bilər. Serbiya-Kosova arasında da bu tipli danışıqlar aparılmışdı və müəyyən irəliləyişə nail olundu. Lakin danışıqların yalnız rəsmilər arasında aparılması nəticənin daha uzaqda olmasına gətirib çıxarır”.


S. Freyzer hesab edir ki, Ukrayna hadisələri dünyada çarəsizlik hissini yaratdı. Onun sözlərinə görə, Krımın ilhaqı Azərbaycan və Ermənistan arasında olan iki fundamental prinsipi gündəmə gətirdi: “Gücün tətbiq edilməməsi və ərazi bütövlüyünün toxunulmazlığı. Krımın tutulması ilə 1994-cü ildə Budapeşt memorandumu kobud şəkildə pozuldu. Halbuki, o vaxt ABŞ və Böyük Britaniya nüvə arsenalının təhvil verilməsi qarşılığında Ukraynanın ərazi bütövlüyünə zəmanət vermişdi. Bu dünya nizamında çatların əmələ gəlməsinə səbəb oldu. Ermənistanın isə işğal edilmiş əraziləri boşaltması çətin görünür. Hesab etmək olar ki, Qərb Ukraynadan sonra Qarabağa xüsusi diqqət ayırsın. Lakin bu hələlik üfüqdə görünmür”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm