• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Azərbaycan həmişə öz öhdəliklərinə məsuliyyətlə yanaşıb"

  • Nida.az
  • 2 Mart 2015 20:51
  • 291 Baxış
"Azərbaycan həmişə öz öhdəliklərinə məsuliyyətlə yanaşıb"

Azərbaycan Parlamentinin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramuntu və Tadeuş İvinskini qəbul edib.

Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, parlamentin sədri qonaqları səmimi salamlayaraq Azərbaycanın AŞ PA ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. Qeyd edilib ki, Azərbaycanın qanunvericilik orqanı təşkilatın qurumları ilə sıx əlaqə saxlayır və gələcəkdə də faydalı əməkdaşlığı davam etdirmək niyyətindədir.

Sədr deyib ki, Azərbaycan Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etdiyi müddətdə qurumun məqsədlərinin təşviqində, gündəlik aktual məsələlərin həllində səylərini əsirgəməyib: "Biz təşkilat qarşısında götürdüyümüz öhdəliklərə həmişə böyük məsuliyyətlə yanaşmış, qurumun konvensiyalarının əhəmiyyətli bir hissəsini imzalayaraq ratifikasiya etmişik. Bu sahədə işlər məqsədyönlü şəkildə davam etdirilməkdədir".

Spiker AŞ PA-nın təcrübəli deputatlarından sayılan T.İvinskinin ölkəmiz üzrə həmməruzəçi təyin olunmasını müsbət dəyərləndirərək, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Bildirilib ki, Azərbaycan tərəfi AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri ilə onları maraqlandıran istənilən məsələləri müzakirə etməyə hazırdır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən AŞ PA-nın Monitorinq Komitəsinin həmməruzəçisi P.Aqramunt ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qeyd edilib ki, həmməruzəçi kimi o, yeni hesabat üzərində işi davam etdirir. Qonağın təmsil etdiyi qurum müstəqil Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir və gələcəkdə də bu fəaliyyəti davam etdirmək niyyətindədir.

Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin AŞ PA-da daimi nümayəndə heyətinin başçısı, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər də iştirak ediblər.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR