ABŞ səfiri "Facebook"da Azərbaycandan yazdı
Bizi izləyin

Nida.az

ABŞ səfiri "Facebook"da Azərbaycandan yazdı

"Amerika Birləşmiş Ştatları ən güclü, ən demokratik, ən inkişaf etmiş və müstəqil Azərbaycanı dəstəkləmək fikrinə sadiqdir. Biz həmçinin iki ölkə arasında güclü və müsbət münasibət qurmaq işimizə də sadiq qalırıq".

Publika.az-ın məlumatına görə, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Amerika səfirliyinin Facebook səhifəsində yazıb. Səfir qeyd edib ki, sadaladığı fikirləri həyata keçirmək üçün hər kəs ünsiyyətin iştirakçısına çevrilməlidir.

“Ümid edirəm ki, bizi Facebook və Twitter-də izləməklə bu ünsiyyətdə iştirak edəcəksiniz”, - səfir yazıb.

Sekuta həmçinin insanların 10-14 mart tarixlərində Azərbaycanda keçiriləcək "Amerika Həftəsi" çərçivəsində baş tutacaq bir sıra maraqlı tədbirlərdə iştirak edəcəyinə ümid etdiyini yazıb.

Səfir eyni zamanda salamlama nitqində ölkədə hansı məkanlara getməsi ilə bağlı müraciətinə çoxsaylı cavab aldığını vurğulayıb.

“Mənim salamlama videomda verilən üç seçimdən sizin 70%-iniz Qobustana səs vermisiniz. Mən tezliklə ora səfər edəcəyəm. Həmçinin digər rəy və təkliflərinizə görə sizə öz təşəkkürümü bildirmək istərdim. Sizin fikirləriniz göstərdi ki, üzərində işləməli olduğumuz çox sayda mühüm məsələ var. Azərbaycanın fərqli yerlərindən ictimaiyyətin fərqli dairələrini təmsil edən insanlarla bu məsələlərin bir çoxunu müzakirə etməyə başlamışam və davam etmək ümidindəyəm”, - o bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm