"Heç bir din müharibəyə vadar etmir”
Bizi izləyin

Nida.az

"Heç bir din müharibəyə vadar etmir”

“Bu gün Azərbaycanın müstəqilliyini və suverenliyini gözü götürməyən qüvvələr var”.

bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə bu gün İdarədə keçirilən “Xocalı Soyqrımı Xalqın əbədi yaddaşındadır: “Xocalıya Ədalət” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu qüvvələr adətən xaricdən müşahidə olunur: “Buna baxmayaraq Azərbaycan dövləti heç zaman öz müstəqilliyini heç bir qüvvəyə təslim etməyəcək. Azərbaycana qarşı çıxanlar bilməlidirlər ki, bu gün Azərbaycan 20 il bundan qabaqkı durumda deyil, çox şeyə qadirdir. Lakin biz sülhün tərəfdarıyıq. Heç bir din müharibəyə vadar etmir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm