Nida.az
Əli Kərimli dini partiya yaradır? - AÇIQLAMA
AXCP Ali Məclisinin fevralın 16-da keçirilən sessiyasında məruzə ilə çıxış edən partiya sədri Əli Kərimlinin bəzi fikirləri cəbhəçilər, həmçinin mətbuatda çaşqınlıq yaradıb.
Teleqraf.com-un məlumatına görə, cəbhəçilərin qarşısında duran və həlli vacib çoxlu işlər olduğunu vurğulayan Əli Kərimli bildirib ki, hədəflərin aşılması üçün bir şeyə nail olmaq lazımdır: İkinci Xalq Cəbhəsi Partiyası yaratmaq! "İkinci Xalq Cəbhəsi Partiyasının açmasını isə o belə izah edib. Düşünün ki, indi bizim vəziyyətimizdə, gücümüzdə olan ikinci bir qurum olsa, işlər necə rahat olar, hakimiyyət nə qədər narahat olar? O təşkilatı isə, təəssüf ki, bizdən başqa yaradan olmayacaq. Deməli, biz partiyanı bu il iki dəfə gücləndirməklə ikinci Xalq Cəbhəsi yaratmış oluruq. Belə bir hal ölkədəki bir çox ciddi problemlərin köküdən həlli üçün təsirli addım olar”.
Mətbutda gedən məlumatlara görə, Ə.Kərimli AXCP-dən daha güclü partiya yaratmaq istəyir. Həmin partiyada isə dini faəlların iştirakına daha geniş önəm veriləcək. Son vaxtlar dini kəsimə yönəli mesajlarını artıran AXCP sədrinin narazı islamçıları təşkilatlandırmaq və onların gücündən istifadə etmək üçün yeni partiya yaradacağı qeyd olunur. "İkinci Xalq Cəbhəsi Partiyası yaratmaq" deyərkən Ə.Kərimlinin məhz bunu nəzərdə tutduğu bildirilir.
"Bakı Xəbər" qəzetində "AXCP-nin orbitində yeni dini partiya(?)" başlıqlı yazıda da qeyd olunur ki, son vaxtlar, xüsusilə də, gənclər arasında dinə artan maraq AXCP-də bəzilərini bu barədə düşünməyə vadar edib: "Partiyanın get-gedə zəiflədiyini görən rəhbərlik çıxış yolunu AXCP-dən kənar, lakin Əli Kərimlinin birbaşa nəzarətində olan yeni dini partiyanın yaradılmasında görür".
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Teleqraf.com-a açıqlamasına bildirib ki, Ə.Kərimlinin fikirləri düzgün başa düşülməyib: "Məncə, burada söhbət ikinci partiyanın yaradılmasından deyil, partiyanın gücünün iki dəfə artırılmasından gedir. Yəni AXCP-nin gücünü iki dəfə artırıb onu iki partiya gücündə etmək. Burada ayrıca partiyanın yaradılmasından söhbət getmir".
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək