“İŞİD Qafqazda terror aktları törədə bilər” - İDDİA
Bizi izləyin

Nida.az

“İŞİD Qafqazda terror aktları törədə bilər” - İDDİA

“İŞİD ciddi gücə çevrilir və qruplaşmanın təhlükəsi artıq Cənubi Qafqaz üçün də hiss olunur”.


Publika.az xəbər verir ki, bu barədə Rusiyanın etnologiya institutunun etnopolitik mərkəzinin əməkdaşı Əhməd Yarlıkapov deyib.


Onun sözlərinə görə, İŞİD ideologiyası sürətlə Dağıstana ixrac olunur: “Bu bölgədəki radikal qruplaşmaların komandirləri İŞİD-ə biət edirlər. Hesab edirəm ki, yerli güc əldə etməklə İŞİD taktikanı dəyişdirə və bölgədə daha təhlükəli terror aktları törədə bilər. Biz anlayırıq ki, İŞİD bu bölgədə nəzarət olunan əraziləri ələ keçirə bilməz. Amma terror hüceyrələrini yarada bilər. Bunu ciddi qəbul etmək lazımdır”.


Moskva Dövlət Universitetinin Şərqşünaslıq kafedrasının professoru Marina Sapronova isə İŞİD-in yarada biləcəyi təhlükəni belə şərh edib.


“Qafqazdan, Rusiyadan, Mərkəzi Asiya və digər ölkələrdən gənclər bu terror qruplaşmasına qoşulur. Onların vətənlərinə qayıtması böyük təhlükədir. Onlar geri qayıdandan sonra nəylə məşğul olacaqlar? Bu, ciddi məsələdir və buna tam nəzarətin oluna biləcəyini hesab etmirəm”, - deyə o bildirib.


Ekspert bu gün koalisiya ölkələrinin İŞİD-ə qarşı apardığı mübarizə taktikasının səhv olduğunu bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm