Astarada vəhhabi təxribatı?
Bizi izləyin

Nida.az

Astarada vəhhabi təxribatı?

“Bizi təhqir edən şəxs 3 gün ərzində tapılıb cəzalandırılmasa, etirazlara yenidən başlayacağıq”.

“Bizi təhqir edən şəxs 3 gün ərzində tapılıb cəzalandırılmasa, etirazlara yenidən başlayacağıq”.

Bu barədə Astaranın Ərçivan kənd sakini Hacı Fuad Cəfərov Publika.Az -a açıqlamasında kənd sakinlərinin Astara İcra Hakimiyyətinin binası önündə keçirdikləri aksiya ilə bağlı deyib. F. Cəfərov deyib ki, camaat dünən geniş etiraz aksiyası keçirib: “Tələb etdikdən sonra icra hakimiyyətinin başçısı da etirazçıların yanına gəlib. Ona qədər onun müavini və prokurorluq işçiləri orda idi. Biz tələbimizi dedik və söz verdilər ki, 3 gün ərzində tapılacaq. Bu gün deyirlər ki, artıq həmin şəxs tapılıb. Lakin biz dəqiq bilmirik ki, o doğrudan da bizi təhqir edən şəxsdir. Çünki bəzən cinayətkar adı ilə başqasını qabağa verirlər. əgər dəqiq o olsa onun cəzalandırılmasını tələb edəcəyik”.

F. Cəfərov kənd nümayəndələrinin rayon icra hakimiyyətində bu gün də görüşlər keçirəcəyini deyib. Lakin kənd sakini onları təhqir edənin məmur olmadığını deyib. Bildirib ki, əgər məmur olsaydı, indiyə qədər cavanı verilmişdi.

F. Cəfərov maraqlı iddia ilə də çıxış edib. O bunun təxribat olmasını istisna etmir.“Düzdür dəqiq bilmirəm, amma belə bir hal 90-cı illərdə yaşanmışdı. Bizim kənd dindar kənddir. Burda dini mübahisələr kimi məsələlərə yer yoxdur. O zamanda ortalığı qarışdırmaq üçün dini məsələsindən istifadə etməyə cəhdlər olub. Bu dəfə də ola bilsin ki, kənar, ya xaricdən, ya daxildən kimlərsə, bəlkə də vəhhabilər bu təxribatı yaradıblar”-deyə o vurğulayıb.

Dünən yanan Astara bazarının bu hadisə ilə əlaqəsini təkzib edən kənd sakini bildirib ki, bunlar ayı-ayrı məsələlərdir.

Qeyd edək ki, fevralın 17-də səhər saatlarından Astara rayonunda ciddi gərginliklər yaşanıb. “Odnoklassnik” sosial şəbəkəsində bir neçə şəxsin rayonun Ərçivan kənd sakinlərinin ünvanına nalayiq ifadələr etirazlara səbəb olub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm