"Torpaqlarımız azad olunduqdan sonra.. " -AÇIQLAMA
Bizi izləyin

Nida.az

"Torpaqlarımız azad olunduqdan sonra.. " -AÇIQLAMA

“Azərbaycan gec-tez erməni işğalında olan torpaqlarının geri qaytarılmasına nail olacaq”.

“Azərbaycan gec-tez erməni işğalında olan torpaqlarının geri qaytarılmasına nail olacaq”.

Publika.Az-ın məlumatına görə, bunu Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bu günQafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən “Xocalı soyqrımı xalqın əbədi yaddaşındadır: “Xocalıya Ədalət” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, torpaqlarımız erməni işğalından azad olunduqdan sonra şəhidlərimiz ruhu şad olacaq və qaçqın və məcburi köçkünlərimiz öz ata-baba torpaqlarına geri qayıdacaqlar. E.İsgəndərov deyib: “Bu gün Ermənistan aclıq-səfalət içindədir. Ermənistanın özünü Azərbaycanın böyük layihələrindən məhrum olub. Rəsmi İrəvan artıq öz xalqının rifahını düşünməlidir. Ölkənin yarısı iqtisadi səbəblərdən əhali ölkədən kütləvi şəkildə gedir. Amma Azərbaycan isə sürətlə inkişaf edir. Ordusu, iqtisadiyyatı, dünyada nüfuzu güclənir və ən əsası əhalinin güzaranı getdikcə daha da yaxşılaşır. Bu da əlbəttə ki, ölkə başçısının apardığı düzgün siyasətin nəticəsidir”.

“Xocalıya Ədalət” kampaniyasına da toxunan komitə sədri bildirib ki, indi Leyla Əliyevanın təşəbbüsü ilə bütün dünyada “Xocalıya Ədalət” kampaniyası aparılır: “Kampaniyanın nəticəsi olaraq dünyanın əksər ölkələri, parlamentləri, beynəlxalq təşkilatlar bu faciəni tanıyır və bununla bağlı qətnamə qəbul ediblər. Dünyanın haqsevər sakinləri də bu yolda Azərbaycana dəstək olur. Hesab edirik ki, bu təbliğat və Azərbaycan xalqının haqq səsi bütün dünya ölkələrinə çatdırılması istiqamətində işlər davam etdiriləcək. Ermənilərin bu faciəni özləri etiraf etməyincə, torpaqlarımız azad olunmayınca Azərbaycan xalqı işğalçı ölkədən əl çəkən deyil”.

O deyib ki, biz bütün il boyu Xocalı soyqrımını gözümüz önünə gətirməliyik:" Bu hadisə Azərbaycan xalqına qarşı yönəlmiş vəhşilik idi. Onların məqsədi kütləvi şəkildə insanları qlrmaqla, bundan başqa Azərbaycan xalqının ruhunu, iradəsini sındırmaq idi. Bu əvvəlcədən düşünülmuş, planlaşdırılmış bir hadisə idi. Şübhəsiz ki, 22 il keçməsinə baxmayaraq hər birimizin yaddaşında qad yaddaşl kimi qalıb. Beynəlxaq miqyasda Xocalı soyqrımını dünya çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliya tərəfindən aparılır .Leyla Əliyeva Xocalı soyqırımı günündə hər iki valideynini itirən 25 uşaqla görüşəcək, onların qayğısı ilə maraqlanacaq. İnanıram ki, bütün ölkə üzrə dini icmalar da şəhid ailələrini, Qarabağ qazilərini ziyarət edəcəklər".

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm