Nida.az
Əli Həsənov: “Avropa Oyunlarını ölkəmizə qarşı "qara piar" kampaniyasına çevirməyə çalışırlar”
"Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ötən dövr ərzində Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görmüşdür. Yeni idman qurğularının tikintisi, artıq mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünyada mövcud olan qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər uğurla həll olunur və artıq başa çatmaq üzrədir".
Bu barədə Trend-ə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
Ə.Həsənov bildirib ki, Avropa Olimpiya Komitəsi öz açıqlamalarında
görülən işləri yüksək qiymətləndirmişdir. Bütün bunlar əminliklə
onu deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək I Avropa
Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaqdır: "Təəssüf ki,
davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və
digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi
yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir
və I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar”
kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. “Amnesty
İnternational” təşkilatının I Avropa Oyunlarını boykot çağırışı,
Oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında
dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-lərdə
sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və
digər məsələlər bu cəhdlərin bariz nümunələridir".
PA rəsmisinin sözlərinə görə, təsadüfi deyil ki, “Azadlıq” radiosu
başda olmaqla bəzi maraqlı qüvvələr sosial şəbəkələrdə guya
Azərbaycanda Avropa Oyunları ilə əlaqədar heyvanlarla qəddar
davranıldığını əks etdirən video yayır və paylaşırlar: "Halbuki,
həmin videoda hadisənin məhz Azərbaycanda baş verdiyini təsdiq edən
heç bir dəlil yoxdur. Bu da bir daha sübut edir ki, bu kimi
“faktları” ortaya atanlar Avropa Oyunları ərəfəsində Azərbaycanın
imicini ləkələməyə və mühüm beynəlxalq idman tədbirinə qarşı açıq
təxribat törətməyə çalışırlar. Biz belə təxribatlarla əvvəllər də,
2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi keçiriləndə də
rastlaşmışıq. Həmin dövrdə beynəlxalq ictimaiyyət əmin oldu ki,
bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasətinə
öz iradəsini qəbul etdirmək istəyən qüvvələrin qurduğu məkrli
oyundan başqa bir şey deyil.
Əmin olduğumuzu bildiririk ki, Azərbaycanı gözdən salmaq üçün istifadə olunan bu tipli primitiv, ucuz metodlar heç bir nəticə verməyəcək və nə qədər ki gec deyil, həmin qüvvələri öz məkrli niyyətlərindən geri çəkilməyə dəvət edirik".
-
Magazin112:01
Cavanşir Məmmədova gələn müəmmalı zəng: son sözü bu olub
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı