Əli Kərimlinin şantajının qurbanı danışdı: “AXCP-dən sözümü deyib getmişəm”
Bizi izləyin

Nida.az

Əli Kərimlinin şantajının qurbanı danışdı: “AXCP-dən sözümü deyib getmişəm”

“Mən AXCP-də özümü qurban hesab etmirəm. Partiyadan qərarımla getmişəm, kimsə mənə təsir də etməyib. AXCP-dən getməyimdən heç də peşman deyiləm”.


Bu barədə Publika.az-a açıqlamasında AXCP sədrinin keçmiş müavini, “Xalq arzusu” hərəkatının rəhbəri Asəf Quliyev deyib.


Qeyd edək ki, AXCP-dən istefa verən Razi Nurullayev Asəf Quliyevin də Əli Kərimlinin absurd iddialarının qurbanı olduğunu deyib.


A. Quliyev isə bu fikirlə razılaşmır. O, bir il öncə AXCP-dən sözünü deyərək getdiyini bildirib.


“Razi Nurullayevlə partiya arasındakı hazırki situasiya barədə danışmaq istəmirəm. Qarşıma təşkilatımı yaratmağı məqsəd qoymuşam, onunla məşğulam. Mənə qarşı AXCP tərəfindən hazırda hücum yoxdur. İlk vaxtlar çox az sayda, bir neçə nəfər əleyhimə yazdılar. Hərənin içində bir istək var. İçində haqlı ol, kiminsə nə deməyinin əhəmiyyəti yoxdur. Məqsədimiz cəmiyyətin inkişafı üçün əlimizdən gələni etməkdir. Dedi-qodulara baş qoşmayacağıq və heç kimə də cavab verməyəcəyik. Öz hərəkatımı qurmaqla məşğulam. İstəyirəm bu təşkilatın böyüklüyü, yaxud kiçikliyi deyil, əxlaqlılığı, mənəviyyatlılığı müzakirə edilsin. Cəmiyyət də bu cür təşkilatı yaratmağın mümkünlüyün görsün”, - deyə o bildirib.


A. Quliyev “Xalq arzusu” hərəkatının Təşkilat Komitəsinin hər həftə ümumi toplantısı olduğunu deyib: “Görülən işlər, ictimai-siyasi vəziyyət müzakirə edilir, rayon şöbələrinin yaranması ilə bağlı da işlərimiz gedir. Texniki məsələlərə görə qurultayımızın keçirilməsi yubanır. Amma düşünürəm ki, yaxın zamanda bu məsələləri həll edib qurultayımızı keçirəcəyik. Sənədləşmə işi gedir, təxminən 500-dən artıq üzv var. Tələm-tələsik qurultay keçirib özümüzü cəmiyyətə tanıtmağa ehtiyac görmürük. Kimlərsə fikirləşə bilər ki, biz hərəkat yarada bilmirik. Bu fikirlərə önəm vermirik. Vacib olan məqsədimizə nail olmaqdır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm