Nida.az
Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlığı gücləndirəcək
Azərbaycan Bolqarıstan üçün çox yaxşı, etibarlı dost və tərəfdaşdır.
Bu barədə Bolqarıstan Prezidenti Rosen Plevneliyev bu gün Sofiyada Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən geniş tərkibdə görüşdə bildirib.
Prezident Rosen Plevneliyev qeyd edib: "Cənab Prezident. Azərbaycan hökumətinin üzvləri. Sizi Bolqarıstanın milli bayramından bir gün sonra, dostluq rəmzlərimizi paylaşdığımız bir vaxtda qarşılamaq mənim üçün böyük şərəfdir. Ölkələrimiz arasında əsrlər boyu mövcud olan dostluğun davamı kimi bu gün biz Azərbaycan Respublikası və Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayacağıq.
Bolqar xalqı Sizin səfərinizdən məmnunluq duyur, çünki Azərbaycan bizim üçün çox yaxşı, etibarlı dost və tərəfdaşdır. Strateji tərəfdaşlıq çərçivəsində bütün sahələrdə əməkdaşlıq üçün yeni üfüqlər açılır. Mən bu uğurdan çox qürur duyuram və bundan sonra bu nailiyyətin təfərrüatları üzərində çalışacaq hər kəsə uğurlar arzulamaq istəyirəm. Bir daha Bolqarıstana xoş gəlmisiniz".
Azərbaycan Prezidenti İlham Əliyev deyib: "Cənab Prezident, təşəkkür edirəm. Sizin gözəl ölkənizə yenidən səfər etməyimə çox şadam. Fürsətdən istifadə edərək Sizi və bütün bolqar xalqını dünən qeyd etdiyiniz milli bayramınız münasibətilə təbrik etmək istərdim. Mənə hədiyyə etdiyiniz bu gözəl yaz rəmzinə görə təşəkkür edirəm. Mən bunu həm də dostluq rəmzi hesab edirəm. Sizin dediyiniz kimi, Bolqarıstanda bu rəmzləri ailə üzvlərinə və dostlara hədiyyə edirlər. Biz yaxşı dostlarıq və strateji tərəfdaşlığımızı gücləndirəcəyik".
Görüşdə Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu qeyd edildi. Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı, investisiya qoyuluşu, energetika, TAP və TANAP strateji layihələri, informasiya-kommunikasiya texnologiyaları, əczaçılıq, ərzaq məhsulları, turizm, infrastruktur və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu