Nida.az
Prezident İlham Əliyev Müqəddəs Sofiya kilsəsində olub - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
martın 4-də Bolqarıstan Respublikasına rəsmi səfəri çərçivəsində
Müqəddəs Sofiya kilsəsində olub.
Bolqarıstan paytaxtının mərkəzi hissəsində yerləşən Müqəddəs
Sofiya kilsəsi bu ölkənin diqqəti cəlb edən ən qədim məbədidir.
Publika.az-ın məlumatına görə, Kilsənin ayrı-ayrı guşələri və
eksponatları ilə tanış olan dövlətimizin başçısına məlumat verildi
ki, tarixi mənbələrdə burada ilk kilsənin 311-313-cü illərdə
tikildiyi göstərilir. Sonralar məbəd imperator I Konstantin
tərəfindən daha da genişləndirilib. Sonrakı əsrlərdə müxtəlif
müharibələr zamanı kilsə dağıntılara məruz qalıb. 537-ci ildə
imperator I Yustinian məbədi yenidən bərpa etdirib.
Orta əsrlərdə bu tikili imperiyanın baş məbədi olub. Osmanlı
imperiyası dövründə məbəd bir müddət məscid funksiyasını yerinə
yetirib. Bolqarıstan paytaxtının adı da ilkin mənbəyini artıq 1700
ildir ki, dindarların əsas ibadət yeri kimi fəaliyyət göstərən bu
məbəddən götürüb. XIII əsrdən başlayaraq yerli əhali bu şəhərə
yunanca mənası “müdriklik” olan Sofiya adını verib. XIV əsrdən
başlayaraq bolqar çarlarının bütün sənədlərində paytaxt şəhər
Sofiya olduğu göstərilir. Bu kilsə dini məbəd olmaqla yanaşı,
tarixi abidə kimi Bolqarıstanın diqqətçəkən turizm obyektlərindən
sayılır.
Prezident İlham Əliyev məbədin xatirə kitabına ürək sözlərini
yazdı.
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?