“Ermənilər dalana dirənib” - Mübariz Qurbanlı
Bizi izləyin

Nida.az

“Ermənilər dalana dirənib” - Mübariz Qurbanlı

“Prezident İlham Əliyevin bütövlükdə Ermənistanın təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün gördüyü işlər ciddi nəticələr verməkdədir”.

“Prezident İlham Əliyevin bütövlükdə Ermənistanın təcavüzünün aradan qaldırılması və informasiya müharibəsində Azərbaycanın mövqelərinin daha da möhkəmləndirilməsi üçün gördüyü işlər ciddi nəticələr verməkdədir”.

Publika.Az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı bu gün Qafqaz Müsəlmanları İdarəsində (QMİ) keçirilən “Xocalı Soyqrımı Xalqın əbədi yaddaşındadır: “Xocalıya Ədalət” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, 21 öncə erməni hərbi birləşmələri 366-cı alayın köməyi ilə Xocalı şəhərini yerlə yeksan edərək böyük soyqırımı törədiblər: “Bu soyqırımla bağlı həqiqətlər hazırda dünya ictimaiyyətinə çatdırılır. Son illər ölkəmizin bu yöndə gördüyü işlər, Xarici İşlər Nazirliyinin və diaspor təşkilatlarımızın fəaliyyəti təqdir olunmalıdır. Ölkəmiz faktiki olaraq Ermənistanı ideoloji-siyasi təbliğat mübarizəsində tam şəkildə küncə sıxışdırıb və ermənilər dalana dirənib. Azərbaycanın apardığı məqsədyönlü iş nəticəsində dünyanın qanunverici orqanlarında Xocalı faciəsinin insanlığa qarşı cinayət olması ilə bağlı sənəd qəbul edilib. Bir sıra ölkələrin parlamenti Xocalı soyqırımını tanıyıb. Bütün bunlar indiyədək görülmüş işlərin nəticəsidir. Görülən işlər ideoloji-siyasi müstəvidə, təbliğat müstəvisində ermənilərin bizə qarşı apardığı saxta təbliğatın qarşısının alınmasında böyük rol oynayır. İndi Xocalı soyqırımı ilə bağlı dünyada Azərbaycan diaspor təşkilatları dövlətimizin dəstəyi ilə vacib tədbirlər keçirirlər. Eyni zamanda, müvafiq dövlət qurumlarının da işləri xüsusi qeyd olunmalıdır. Qısa zaman kəsiyində ölkəmiz bu faciə bağlı həqiqətləri dünyaya çatdırıb və hüquqi sənədlərin qəbul edilməsinə nail olub. Bu işlərin davam etməsi Azərbaycanın Ermənistan üzərində ideoloji qələbə qazanmasına və müəyyən nəticələr verməsinə gətirib çıxaracaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm