Aşqabadda TANAP və Transxəzər sammiti keçiriləcək
Bizi izləyin

Nida.az

Aşqabadda TANAP və Transxəzər sammiti keçiriləcək

Bu il Aşqabadda Azərbaycan, Türkmənistan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP layihəsinin irəliləyişi və Transxəzər boru kəmərinin tikintisi məsələləri üzrə sammit keçiriləcək.


Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan və Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun görüşü zamanı birgə imzaladığı bəyannamədə deyilir.


“Üç ölkənin liderləri konsultasiyanın səviyyəsini qaldırmağa və birinci iclası Türkmənistanda keçirməyə qərar verib”, - deyə R. T. Ərdoğan türkmən lideri ilə keçirdiyi brifinqdə bildirib.


Türkmənistan prezidentinin mətbuat xidmətinin yaydığı rəsmi məlumatda isə “energetika sahəsində əməkdaşlığın yeni perspektivləri strateji əhəmiyyətə malikdir” deyə vurğulanır.


R. T. Ərdoğan Türkmənistan prezidenti ilə danışıqların nəticələrinə toxunaraq bildirib ki, türkmən qazının Türkiyəyə nəql olunması və oradan Avropaya çıxarılması istiqamətində fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, hazırda energetika nazirləri bu əməkdaşlığın detallarını müzakirə edirlər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm